İngilis dili kursları

Tibbi ingilis dili

Son illərdə xarici pasientlərin sayının artması ilə bağlı olaraq, dövlət və özəl tibb müəssisələri tibbi personalın ingilis dilində sərbəst danışmasına böyük diqqət yetirir.

Tibb işçisinin (həkim, rezident, tibb bacısı), xaricdə konfrans və ya seminarda olduğu zaman və ya xarici mütəxəssislər və əcnəbi pasientlərlə ünsiyyət yaratmaq üçün tibbi ingilis dilinə böyük ehtiyacı vardır.

Tibbi ingilis dili həkimlərlə yanaşı orta tibb personalı, pasientlərlə bir başa işləyən, onlara qayğı göstərən tibb bacı və qardaşları, qəbul otağı işçiləri və tibbi koordinatorlar üçün çox əhəmiyyətlidir.

Tibbi ingilis dili: avadanlıq, xəstələrə qulluq, qəbul,  simptom, diaqnostika və karyera inkişafı haqqında mövzuları əhatə edir.

Qəbul otağı tibb müəssisəsinin güzgüsü olduğu üçün burada çalışan mütəxəssislər, tibbi koordinatorları və qeyri-tibb işçiləri yüksək səviyyədə tibbi ingilis dili biliklərinə sahib olmalıdırlar. Kursumuz vasitəsilə tibbi personal xarici pasientlər və onların ailə üzvləri, yaxınları ilə ünsiyyətin qurulması, sənədləşmənin aparılması, tibbi sığorta şirkətləri ilə danışıqların aparılması və razılaşmaların əldə edilməsi, pasientlərin düzgün yönəldilməsi və s. bu kimi vacib məsələlərin həllini öyrənəcəksiniz.

İxtisaslaşdırılmış ingilis dili kurslarına başlaya bilmək üçün ingilis dili biliklərinizin İntermediate level olması lazımdır. Tədris dil üzrə 4 əsas bacarığın –  danışıq, dinləmə, yazma və oxumanın inkişafına yönəldilib.

Proqrama əsasən həftədə 3 saat dərs və əlavə olaraq 2 saat da Ünsiyyət Klubları (Conversation & Speaking Clubs) təşkil olunur.
Dərslər fərdi yaxud kiçik qrup olmaqla müştərinin ofisində və ya bizim tədris mərkəzimizdə tədris olunur.

Müəllimlərimiz müxtəlif yerli və xarici universitetlərin məzunları (ingilis dili ixtisaslı) olmaqla yanaşı, CELTA, TEFL, TKT, İELTS, TOEFL və s. Beynəlxalq sertifikatlara malik təcrübəli mütəxəssislərdir.

SİZƏ ZƏNG EDƏK