İngilis dili kursları

Ümumi ingilis dili kursları

STİMUL Education & Consulting yaşından və peşəsindən asılı olmayaraq arzu edənləri Beynəlxalq sertifikatlı, doktor dərəcəli yerli və amerikalı müəllimlərimiz tərəfindən tədris olunan Ümumi İngilis dili (General English) kurslarında iştiraka dəvət edir.

Tədris dil üzrə əsas bacarıqların, Danışıq, Dinləmə, Yazma və Oxuma, Qramatika və Söz Ehtiyyatını artırmağın (Reading, Writing, Listening, Speaking, Grammar, Vocabulary) inkişafına yönəlib.

Kurslar ən müasir metodikalardan istifadə etməklə xüsusi proqramlar və CD/DVD materiallar əsasında keçirilir. Proqram seçilərkən tələbənin başlanğıc bilik səviyyəsi, sərbəst vaxtı və dili öyrənməkdə məqsədi nəzərə alınır.

Məşğələlər tələbənin seçiminə əsasən fərdi və kiçik qruplar şəklində olmaqla həftədə 3 dəfə, hər dərs 1 saat və ya həftədə 2 dəfə, hər dərs 1 saat yarım keçirilir. Əlavə olaraq həftədə 3 dəfə, hər görüş 1 saat olmaqla Ünsiyyət Klubları (Conversation & Speaking Clubs) təşkil olunur.

Korporativ müştərilərin ofisində də dərslərin təşkili mümkündür.

Azərbaycanda ilk dəfə, hələ 2012-ci ildə ingilis dilinin tədrisini Beynəlxalq standarta uyğunlaşdırdıq və bunun nəticəsi olaraq Azərbaycanda ilk dəfə English UK-in rəsmi partnyoru statusunu qazandıq.

2010-cu ildən etibarən təhsil sahəsində fəaliyyət göstərən bir neçə Beynəlxalq şirkətin Azərbaycandakı rəsmi nümayəndəsi statusunu qazandıq. Bu şirkətlərə London School of Business and Finance (İngiltərə), Bournemouth Business School İnternational (İngiltərə), Oxford House College (İngiltərə), Anglo-Continental (İngiltərə), Sprachcaffe (Almaniya), Kaplan International Colleges (İngiltərə) və digərləri daxildir.

Ümumi İngilis dili ilə yanaşı aşağıdakı ixtisaslaşdırılmış ingilis dili kurslarını da təklif edirik:

  • Tibbi ingilis dili
  • Biznes ingilis dili
  • Texniki ingilis dili
  • Menecerlər üçün ingilis dili
  • Mühəndislər üçün ingilis dili
  • Hüquqşünaslar üçün ingilis dili
  • Kurort və Turizm üzrə ingilis dili
  • Maliyyə və Bank işi üzrə ingilis dili
  • HR professionallar üçün ingilis dili

SİZƏ ZƏNG EDƏK