Kompüter kursları

3D Dizayn kursları

STİMUL memarlıq, dizayn, mühəndislik sahəsində çalışmaq istəyənləri və bu sahə üzrə təcrübəsini artırmaq istəyən şəxsləri standart və professional paket olmaqla AutoCad və 3D Max proqramlarını öyrənməyə dəvət edir.

Autodesk AutoCAD — Autodesk şirkətinin hazırladığı proqram olub maşınqayırma, tikinti və digər mühəndislik layhələrinin işlənməsində tətbiq olunur. Bu proqram sadə cizgidən başlayaraq 3D modellərin qurulmasına (2-ölçülü və 3-ölçülü həndəsi obyektlərin yaradılmasına) qədər işləri yerinə yetirməyə imkan verir. Bu proqram təminatını bir çox xırdalıqlara qədər düşünülüb və tam şəkildə bir tikinti layihəsi hazırlamağa imkan verir. Bu kursda siz adı çəkilən proqram təminatı barədə maksimum bilik əldə edib, gələcəkdə müxtəlif şirkətlərdə yüksək maaşla çalışa bilərsiniz.

Autodesk 3D Max (keçmiş 3D Studio MAX) - Autodesk Media and Entertainment tərəfindən hazırlanan modelləşdirmə, animasiya və renderinq proqramıdır. Bu proqramdan videooyun yaradıcıları, televiziya kommersiyası studiyaları, memarlıq vizuallaşdıranlar tərəfindən tez-tez istifadə edilir. Bundan həmçinin film effektləri və film pre-vizuallaşdırması üçün də istifadə olunur.

ArchiCAD – avtomatlaşdırılmış layihələndirmə sisteminin Macarıstanın Graphisoft  firması  tərəfindən  yaradılmış qrafik  proqram paketidir. Memarlıq- inşaat  konstruksiyalarının, eləcə  də  landşaft,  mebel və s. elementlərin layihələndirilməsi üçün nəzərdə tutulmuşdur.

Proqramda  iş  zamanı  «virtual  bina»  konsepsiyasından istifadə edilir. İşin mahiyyətinə görə  ArchiCAD real binanın həqiqi ölçülərə əsasən yerinə yetirilmiş və kompüterin yaddaşında  mövcud olan modelindən ibarətdir.

ArchiCAD memarlıq-dizayner layihələrinin işlənib hazırlanmasını təmin edən proqramdır. İşin  istənilən mərhələsində layihələndirilən binanı üçölçülü şəkildə, kəsikdə, perspektivdə görmək olar. ArchiCADda eyni zamanda həm layihənin yaradılması üzərində işləmək, həm də müvafiq tikinti sənədlərini tərtib etmək olar, belə ki, proqramda layihələndirilən bina haqqında bütün  informasiya: planlar, perspektivlər, kəsiklər, lazımi tikinti materiallarının siyahısı, həmçinin iş prosesində layihəçi tərəfindən edilən düzəlişlər qorunub saxlanılır.

SİZƏ ZƏNG EDƏK