Kompüter kursları

Qrafik Dizayn kursları

STİMUL Corel Draw, Adobe Photoshop, Adobe İllustrator, Adobe İnDesign  və digər proqramları mükəmməl səviyyədə öyrənmək istəyən, qrafik dizayner peşəsini seçmək istəyən və ya biliyini artırmaq istəyən qrafik dizaynerləri, həmçinin bu sahə üzrə yüksək səviyyədə nəzəri və praktik biliklər əldə etmək istəyənləri standart və professional paket formasında təqdim olunan qrafik dizayn kurslarında iştiraka dəvət edir.
Corel Draw qrafik dizaynların əsas növlərini, Afişa, Loqo, Broşur, Vizit kart və s. hazırlamağı bacaracarmaq üçün tövsiyyə olunur. Bundan başqa, müxtəlif foto-montaj, şəkillər üzərində dəyişikliklər və s. bu kimi əməliyyatları yerinə yetirə bilmək üçün Corel Draw-nu öyrənmək məsləhət görülür.

Adobe Photoshop çox funksiyalı qrafik redaktor proqramıdır. Əsasən, raster təsvirləriylə işləyir, ancaq bəzi vektor alətlərinə də malikdir.

Adobe Illustrator vektor şəkillər hazırlamaq üçün işinizə yaraya biləcək proqramdır. Logo, eskiz, tipoqrafiya, veb üçün illustrasiyalar hazırlaya bilərsiniz.

Adobe InDesign proqramı Adobe firmasının yaratdığı, çoxşaxəli dizayn proqramıdır. Firma daxilində bu proqram K2 (Quark Killer) olaraq da adlandırılır. Mətbuat, tablet cihazlar və başqa ekranlarda səhifələrin dizayn edilməsi üçün geniş istifadə edilir.

Dərslər fərdi və kiçik qruplarda olmaqla sırf praktik əsaslarla tədris olunduğu üçün bu kursu bitirərək rahatlıqla qrafik dizayner olaraq çalışa biləcəksiniz.

SİZƏ ZƏNG EDƏK