Seçilmiş kurslar

İngilis dili kursları

STİMUL Education & Consulting yaşından və peşəsindən asılı olmayaraq arzu edənləri Beynəlxalq sertifikatlı, doktor dərəcəli yerli və amerikalı müəllimlərimiz tərəfindən tədris olunan Ümumi İngilis dili kurslarında ( General English ) iştiraka dəvət edir.

Tədris dil üzrə əsas bacarıqların, Danışıq, Dinləmə, Yazma və Oxuma, Qramatika və Söz Ehtiyyatını artırmağın (Reading, Writing, Listening, Speaking, Grammar, Vocabulary) inkişafına yönəlib.

Kurslar ən müasir metodikalardan istifadə etməklə xüsusi proqramlar və CD/DVD materiallar əsasında keçirilir. Proqram seçilərkən tələbənin başlanğıc bilik səviyyəsi, sərbəst vaxtı və dili öyrənməkdə məqsədi nəzərə alınır.

Məşğələlər tələbənin seçiminə əsasən fərdi və kiçik qruplar şəklində olmaqla həftədə 3 dəfə, hər dərs 1 saat və ya həftədə 2 dəfə, hər dərs 1 saat yarım keçirilir. Əlavə olaraq həftədə 3 dəfə, hər görüş 1 saat olmaqla Ünsiyyət Klubları (Conversation & Speaking Clubs) təşkil olunur.

Korporativ müştərilərin ofisində də dərslərin təşkili mümkündür.

Ümumi İngilis dili ilə yanaşı müxtəlif sahələr üzrə ixtisaslaşdırılmış ingilis dili kurslarını da təklif edirik.

  •  HR professionallar üçün ingilis dili
  •  Maliyyə və Bank işi üzrə ingilis dili
  •  Hüquqşünaslar üçün ingilis dili
  •  Mühəndislər üçün ingilis dili
  •  Tibbi ingilis dili
  •  Biznes ingilis dili
  •  Texniki ingilis dili
  •  Kurort menecmenti və turizm üçün ingilis dili
  •  Türkiyənin TUS proqramı üzrə inglis dilindən hazırlıq kursları

 

 STIMUL Eduaction & Consulting Azərbaycandakı şirkətlər və təşkilatlar üçün müxtəlif ixtisaslaşdırılmış ingilis dili kursları təklif edir:

 

  • Biznes ingilis dili kursu

Bu kursun əsas məqsədi işgüzar ingilis dilinin öyrənilməsidir və işguzar ingilis dilini inkişaf etdirmək istəyən şəxslər üçün uyğundur. Bu kurs vasitəsilə siz ümumi ingilis dili biliklərini möhkəmləndirə,  qrammatik biliklərini inişaf etdirə  və söz ehtiyatlarını artıra biləcəksiniz. Bu kurs həmçinin Cambridge Business English Certificate ("BEC") imtahanına  hazırlaşan tələbələr üçün uygundur.

 

  • Texniki ingilis dili kursu

Bu kurs, əsasən, aşağıdakı sahələri əhatə edir: texniki terminologiya, müştəri/iş yoldaşları ilə ünsiyyət, neft və qaz sənayesinin tendensiyaları, layihələrin idarə edilməsi. Bu kurs bir sıra əsas sənaye dil bacarıqlarının inkişaf etdirilməsinə yönəlib, və sizə dünyanın ən vacib sahələrinin birində uğur qazanmaq üçün lazım olan əminliyi verəcək.

 

  • Ümumi ingilis dili kursu

Bu kurslar ingilis dili üzrə əsas dörd bacarığın inkişaf etdirilməsi üçün nəzərdə tutulub: danışıq, dinləmə, oxuma və yazma. Ümumi ingilis dili kursunda siz, həmçinin, akademik və işguzar ingilis dilinizi inkişaf etdirəcəksiniz.

 

  • Yazı inkişafı üzrə ingilis dili kursu

 Bu kurs vasitəsilə yazı, akademik dinləmə, araşdırma, tənqidi düşüncə və digər bacarıqlara yiyələnə bilərsiz.

 

İngilis dili üzrə ixtisaslaşdırılmış xüsusi kurslar:

İxtisaslaşdırılmış xüsusi kurslar xarici dili biznes, neft, tibb, hüquq və digər ixtisaslaşdırılmış istiqamət və sahələrdə öyrənmək istəyənlər üçün nəzərdə tutulmuş kurslardır. Bu kursları keçmək istəyən tələbələrin müəyyən bilik səviyyəsi (3-cü səvyyə və daha yüksək) olmalıdır.

Standart kurslar

Müxtəlif dillərin öyrənilməsi üçün nəzərdə tutulmuş bu kurslara yaşından asılı olmayaraq hər kəs yazıla bilər. Dərslər sınaq testlərinin nəticələrinə əsasən müxtəlif səviyyəli qruplarda və ya fərdi qaydada keçirilir. Hər bir səviyyəni bitirdikdən sonra tələbələr həmin səviyyəyə uyğun yazıb-oxumağı və səlis danışmağı öyrənirlər.

Tədris 4 əsas nitq vərdişlərinin harmonik və sistematik inkişafına istiqamətləndirilmişdir: dinləmə qabiliyyəti, oxuma, yazma və şifahi nitq. İngilis dili dərsləri həftədə 6  dəfə, üçü danışıq dərsi (conversation club) olmaqla 1 saat müddətində keçirilir. Conversation Club həftənin şənbə və bazar günləri Amerikalı mütəxəssislər tərəfindən təşkil olunur (DVD/CD materiallarla).

SİZƏ ZƏNG EDƏK