Kurslar

İngilis dili kursları

STİMUL ingilis dilini Beynəlxalq standartlar əsasında öyrənmək istəyənləri, dil üzrə əsas bacarıqlarını, Danışıq, Dinləmə, Yazma və Oxuma, Qramatika və Söz Ehtiyyatını artırmağı (Reading, Writing, Listening, Speaking, Grammar, Vocabulary) hədəfləyən hər kəsi kurslarımızdan faydalanmağa dəvət edir.

Proqrama əsasən həftədə 3 saat dərs (seçim əsasında həftədə 2 dəfə, hər dərs 1 saat yarım və ya həftədə 3 dəfə, hər dərs 1 saat) və əlavə olaraq 3 saat da Ünsiyyət Klubları (Conversation & Speaking Clubs) təşkil olunur. Dərslər fərdi və ya qrupda olmaqla tədris olunur. Həmçinin korporativ müştərin ofisində də dərslərin təşkili mümkündür.

Kursun Proqramı 6 səviyyədən ibarətdir:

1. Başlanğıc Səviyyə (Beginner level)
2. Elementar Səviyyə (Elementary level)
3. Aşağı Orta Səviyyə (Pre-Intermediate level)
4. Orta Səviyyə (Intermediate level)
5. Yüksək orta Səviyyə (Upper Intermediate level)
6. Mükəmməl səviyyə (Advanced level)

Hər səviyyənin proqramı 1 ay yarım olsa da, tələbənin dil öyrənmə qabiliyyətindən və bu dili öyrənmək üçün ayıracağı vaxtdan asılı olaraq bu müddət 1 ay ola, bəzən 2 ayadək davam edə bilər.
Müəllimlərimiz müxtəlif xarici və yerli Universitetlərin məzunları (ingilis dili ixtisaslı) olmaqla yanaşı, CELTA, TОEFL, İELTS və s. Beynəlxalq sertifikatlara malik təcrübəli mütəxəssislərdi.

Ümumi ingilis dili kurslarından əlavə müxtəlif ixtisaslar, peşələr üzrə ixtisaslaşdırılmış ingilis dili kurslarını da təşkil edirik.

SİZƏ ZƏNG EDƏK