Təlimçilər

Ph.d Namiq Əlizadə

Əlizadə Namiq ADİU –nun bakalavr və magistr məzunudur. 2011-ci ildən iqtisad üzrə fəlsəfə doktoru (Ph.D) elmi dərəcəsini almışdır. 2018-ci ilin yanvar ayından müsabiqə yolu ile ADİU –nun elmlər doktoru elmi dərəcəsi üçün disertant kimi qəbul olunub. Əlizadə Namiq 10-dan cox yerli və xarici jurnallarda elmi məqalələrin həmçinin şəxsi inkisafla bağlı 30-dan çox məqalənin müəllifidir.

Namiq müəllim OYU – nun Biznes, Karyera, Təlim və Marketinq İnnovasiyalar İnstitutunun rəhbəridir. Azərbaycanda ilk dəfə 2016-ci ildən etibarən davamlı mini MBA Sertifikatlaşdırma Proqramının təşkilatçısı və təlimçisidir 

Əmək fəaliyyətinə 2004-cü ildən AMAKA – da iqtisadçı kimi başlamışdır, daha sonra isə baş mühasib vəzifəsində çalışmışdır. Bundan başqa ANS Şirkətlər Qrupu, ATİLLA GROUP, KİA MOTORS Azərbaycan, NURGÜN HOLDINQ kimi şirkətlərdə - daxili auditor, maliyyə və kommersiya direktoru, marketinq və biznesin inkişafı direktoru vəzifələrində çalışmışdır. Hal hazırda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC –nin ADDA-nın Təlim Tədris Mərkəzində “Biznes İnkişafı” qrupunun rəhbəridir.

Hal hazırda UNEC ve OYU-da MBA Proqramı üzrə pedaqoji və təlimçi fəaliyyətini davam etdirir.

Namiq müəllim Beynəlxalq Maliyyə Uçotu, Milli Uçot, Vergi Sistemi və Tələbləri, Menecmentin Əsasları, İqtisadiyyatın Əsasları və biznes fəaliyyətində önəmli olan digər təlimləri də tədris edir.

SİZƏ ZƏNG EDƏK