Dizayn Kursları

Corel Draw kursları

CorelDRAW — Bir çox dizayner və rəssam tərəfindən vektor qrafikasının emal edilməsi üçün istifadə edilən proqramlardan biridir. Qrafik dizayner kimi çalışmaq istəyənlər ilk öncə COREL DRAW  proqramını öyrənməlidir.

Bu tətbiq reklam agentliklərində və poliqrafiya sahəsində çalışan təşkilatlarda işlədilən proqramların siyahısında ön sıralardadır.

Çünki bu sahənin əsas istiqamətlərini əhatə edən Afişa, Loqo, Broşur, Vizit kart, jurnal, kitab üzlüklərin, digər reklam vasitələrinin və sənədlərin emalı bu proqramsız mükəmməl dizayn etmək mümkün deyil.

 Anlaşılan interfeys və çox saylı funksiyalar bu proqramı yalnız yeni istifadəçilər üçün deyil, həmdə peşəkar dizaynerlər üçün əlverişli edir.

Bu proqram vasitəsi ilə reklam materiallarının yaradılması, elektron layihələrin çapa hazırlanması, veb səhifələrinin dizaynının qurulması və digər bu kimi əməliyyatların yerinə yetirilməsinə çox az vaxt sərf edərək daha keyfiyyətli nəticə əldə edəcəksiniz.

CorelDRAW təlimini uğurla tamamlayan məzunlarımız artıq sərbəst formada iş kartları (vizitka) loqotipləri, braşurları, reklam lövhələrini, promo reklam məhsullarını , kitab üzlüklərini, açıqcaları blankları və digər bu kimi qrafik obyektlər hazırlayacaqlar.

CorelDRAW təliminin bilikləri Sizə veb dizayner, rəssam-dizayner və bu kimi ixtisaslar üzrə işləmək imkanı yaradacaqdır.

Kursa başlamaq üçün sadəcə başlanğıc səviyyədə kompyuter biliklərinə sahib olmaq kifayətdir.

Kurs reklam agentliklərində, mətbəədə, fotostudiyalarda hal hazırda dizayner kimi çalışanlar və bu sahədə karyera qurmaq istəyənlər üçün nəzərdə tutulub.

 

 

SİZƏ ZƏNG EDƏK