Dizayn Kursları

ArchiCAD kursları

ArchiCAD –  avtomatlaşdırılmış  layihələndirmə sisteminin  Macarıstanın  Graphisoft firması  tərəfindən yaradılmış   qrafik  proqram  paketidir. ArchiCad memarlıq - inşaat  konstruksiyalarının eləcə  də  landşaft, mebel  və  s. elementlərin   layihələndirilməsi  üçün  nəzərdə  tutulmuşdur.

ArchiCADda eyni  zamanda  həm  layihənin  yaradılması  üzərində  işləmək, həm  də  müvafiq tikinti sənədləri  tərtib  etmək  olar, belə ki, proqramda layihələndirilən bina  haqqında bütün informasiya: planlar, perspektivlər, kəsiklər, lazımi  tikinti  materiallarının  siyahısı, həmçinin iş  prosesində layihəçi tərəfindən edilən düzəlişlər qorunub saxlanılır.

İşin istənilən mərhələsində layihələndirilən  binanı  üçölçülü  şəkildə, kəsikdə,  perspektivdə  görmək  olar.

Hazırda   ArchiCAD   memarlıq  profili  üzrə  ən  geniş  yayılmış  və  məşhur  proqramdır.

ArchiCad kursu memarlar, interyer və eksteryer dizaynerlər, mühəndislər və digər  dizaynerlər və bu ixtisaslarda təhsil alan tələbələr və gələcəkdə karyeralarını bu istiqamətdə qurmaq istəyənlər üçündür.

ArchiCad kursu həftədə 3 dəfə 1 saat və ya 2 dəfə 1.5 saat olmaqla 2 aya tədris edilir.

 Dərslər 2-3 nəfərlik qruplarla və ya fərdi qaydada keçirilir. Müəllimlər bu sahədə illərlə təcrübəsi və praktiki biliyi mükəmməl olan mütəxəssislərdir. 

 Biz təhsilimizin keyfiyyətinə 100% zəmanət veririk və sizə 1 saat ödənişsiz sınaq dərsi veririk.

 

SİZƏ ZƏNG EDƏK