Dizayn Kursları

Adobe Illustrator kursları

Adobe İllustrator

“Adobe Illustrator” proqramı çox dizayner və rəssam tərəfindən əsasını vektorlu qrafika təşkil edən faylların yaradılması,  dizaynı üçün istifadə edilən və bu sahədə dünyadakı alternativ proqramlar arasında ən geniş imkanlara malik olanıdır.

Anlaşılan interfeys və çox saylı funksiyalar bu proqramı yalnız yeni istifadəçilər üçün deyil, həmdə peşəkar dizaynerlər üçün əlverişli edir.

Bu proqram vasitəsi ilə reklam materiallarının yaradılması, elektron layihələrin çapa hazırlanması, veb səhifələrinin dizaynının qurulması və digər bu kimi əməliyyatların yerinə yetirilməsinə çox az vaxt sərf edərək daha keyfiyyətli nəticə əldə edəcəksiniz. 

Abobe İllustrator təlimini uğurla tamamlayan məzunlarımız artıq sərbəst formada iş kartları (vizitka) loqotipləri, broşurları, reklam lövhələrini, promo reklam məhsullarını , kitab üzlüklərini, açıqcaları blankları və digər bu kimi qrafik obyektlər hazırlayacaqlar.

Bu tətbiq reklam agentliklərində və poliqrafiya sahəsində çalışan təşkilatlarda işlədilən proqramların siyahısında ön sıralardadır. 

Adobe İllustrator kursu həftədə 3 dəfə 1 saat və ya 2 dəfə 1.5 saat olmaqla 2 aya tədris edilir. Dərslər 2-6 nəfərlik qruplarla və ya fərdi qaydada keçirilir.Müəllimlər bu sahədə illərlə təcrübəsi və praktiki biliyi mükəmməl olan mütəxəssislərdir. 

 Biz təhsilimizin keyfiyyətinə 100% zəmanət veririk və sizə 1 saat ödənişsiz sınaq dərsi veririk.

SİZƏ ZƏNG EDƏK