ACCA, CIA, DipIFR, CFA

DipIFR

ACCA (The Association of Chartered Certified Accountants - İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası) - dünyada ən geniş yayılmış beynəlxalq professional assosiyasiyadır. Bu assosiyasiyada 170 ölkədən 432 000 tələbə və 154 000 üzv qeydiyyatdadır.

Onun məqsədi dünya üzrə mühasibatlıq, maliyyə və idarəetmə sahəsində uğurlu karyera qurmaq istəyən tələbkar, qabiliyyətli və ambisiyalı insanlar üçün ən yüksək səviyyəli kvalifikasiyalar təklif etməkdir.

ACCA ən yüksək professionallıq, etika və  idarəetmə standartlarına nail olmaq və bu standartları təbliğ etmək, həmçinin ictimai marağın artırılması üçün çalışır. ACCA təşkilatının reputasiyası 100 ildən artıq mühasibatlıq və maliyyə sahəsində kvalifikasiyaların təmin edilməsinə əsaslanır.

 Hal-hazırda Azərbaycanlı ACCA tələbə və üzvləri ölkənin iri yerli və xarici şirkətlərində, maliyyə və audit müəssisələrində çalışırlar.

ACCA DipIFR (Diploma in International Financial Reporting)

DipIFR  peşəkar mühasiblər və auditorlara yönəlmiş milli standartlara uyğun sertifikatlaşdırılmış hazırlıq proqramıdır.

ACCA DipIFR (az)

ACCA DipIFR (eng)

ACCA DipIFR (rus)

 

SİZƏ ZƏNG EDƏK