TOEFL, IELTS, SAT, GMAT

SAT kursları

SAT (Scholastic Aptitude Test). ABŞ və Kanadanın ali təhsil ocaqlarında, eləcə də Avropanın bir çox universitetlərində təhsil almaq qərarına gələn abituriyent və tələbələrin bu imtahanı verməsi zəruridir.

SAT imtahanı iki qrupa ayrılır:

 SAT  I –  Reasoning Test

 SAT II – Subject Test                      

SAT imtahanı iki qrupda olmasına baxmayaraq bir çox universitetlər əsasən SAT I tələb edirlər. Reytinqli universitetlər isə hər iki SAT imtahanını tələb edirlər. SAT imtahanında hər bölmə üzrə minium bal 200, maksimum bal isə 800 baldır( yəni toplam maksimal 2400). Yüksək səviyyəli universitetlərə qəbul olmaq üçün hər kmponent üzrə ən azı 600 – 700 bal toplamaq lazımdır. SAT üç növü vardır: Yazı (writing), tənqidi oxuma (critical reading), Riyaziyyat (mathematics). Müddəti 5 ildir.

Son zamanlar Azərbaycanlılar üçün önəmli ölkə olan Türkiyə universitetləri də YÖS imtahanını ləğv edərək SAT imtahanı tələb edirlər. Belə ki, yaxşı Türkiyə universitetlərinə qəbul olmaq üçün SAT və üstəgəl TOEFL imtahanı vermək tələb olunur. Bu daha çox ingilisdilli proqramlara aid olur. Bununla yanaşı proqram Türk dilində olarsa, o zaman TÖMER və ya ALES imtahanı verməlisiniz. Əks halda bakalavr dərəcəsinə başlamazdan əvvəl bir il türk və ya ingilis dilini oxumaq lazımdır.

Dərslər fərdi və kiçik qruplar şəklində tədris olunur. 

SİZƏ ZƏNG EDƏK