TOEFL, IELTS, SAT, GMAT

IELTS kursları

IELTS (The International English Language Testing System) imtahanı ingilis dili biliyinin beynəlxalq səviyyədə yoxlanılması – dil biliyi səviyyəsini təsdiq etmək üçün işlənib hazırlanmış qiymətləndirmə sistemidir.

Bu imtahan Böyük Britaniya, Avstraliya, Kanada, ABŞ, Yeni Zelandiyanın bir çox universitet, hökumət təşkilatları, eləcə də Avstriya, Almaniya, Fransa, İrlandiya, Hollandiya, İsveçrə, Niderland, İsrail, Honkonq, Cənubi Afrikanın tədris müəssisələri tərəfindən tanınmışdır.

IELTS imtahanı Amerika, Avropa, Asiya, Avstraliya, Yeni Zelandiya, Cənubi Afrikanın kollec və universitetlərində təhsil almaq, Böyük Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiyaya immiqrasiya, xaricdə işə düzəlmək üçün lazımdır.  

 

IELTS testi bütün dil vərdişlərini yoxlayır – dilin başa düşülməsi, danışıq dili, oxu və yazı. Oxumaq və yazmaq üçün tapşırıqlar “Akademik” təhsil modulu və “Ümumi təyinat” modulu arasında seçim zərurətini nəzərdə tutur. 

IELTS testi dörd hissədən ibarətdir:  

  • Dilin başa düşülməsi— şifahi danışıq dilinin başa düşülməsinin yoxlanması (Listening); 
  • Oxu (Reading); 
  • Yazı (Writing); 
  • Müsahibə, danışıq (Speaking).

Testin nəticələri 2 il müddətində qüvvədədir.

SİZƏ ZƏNG EDƏK