İxtisasartırmalar - Təlimlər

HR (İnsan Resursları)

HR - (Human Resources) - İnsan Resurslarının İdarə olunması təlimi

Təlimin dili: Azərbaycan dili
Müddəti: 16 saat və ya 1 ay yarım
Proqramın ödənişi: 250 AZN
Qrupun tərkibi: 3-5 nəfər

Dərslər fərdi və kiçik qruplarda tədris olunur. Fərdi dərslər zamanı dərslərin başlama vaxtını qarşılıqlı razılıq əsasında müəyyənləşdirmək mümkündür.

Təlimçi: Sevinc Qarakışıyeva (HR Menecment üzrə ekspert, HR Menecer)

Sevinc xanımın İnsan Resursları Menecmenti sahəsində 12 ildən artıq iş təcrübəsi var. Hazırda Neft sektorunda fəaliyyət göstərən şirkətlərindən birində HR Menecer olaraq çalışır. İnsan Resursları sahəsində təlimçi və konsultantdır, ISO 9001:2008, ISO 14001:2004 və OHSAS 18001:2007 üzrə ixtisaslı mütəxəssisdir.

Təlim Kadrlar şöbəsində işləyən şəxslərlə yanaşı həmçinin gələcəkdə bu sahədə işləmək istəyənlər və kadr işi üzrə təcrübəsini daha da təkmilləşdirmək istəyən şəxslər üçün nəzərdə tutulmuşdur.

HR – İnsan Resursları tədris PROQRAMI

 

S/S

Mövzu

1.

Ümumi kadr siyasəti və kadr sənədlərinin dövriyyəsi haqqında məlumat.

 

2.

Əmək müqaviləsi. Əmək müqaviləsinin tərəfləri. Müqavilələrin bağlanmasının əsasları. Əmək müqaviləsinin şərtlərinin dəyişdirilməsi.

3.

Kollektiv müqavilələrin bağlanması.

 

4.

İş vaxtı nədir? İş vaxtının tənzimlənməsi qaydaları. İş vaxtından artıq vaxtda işin tənzimlənməsi. Növbəli iş rejimi. İş vaxtının uçotunun aparılması.

5.

İstirahət vaxtları. İşçilərin məzuniyyət hüquqları. Məzuniyyətlərin verilməsi. Məzuniyyətlərin müddətləri. Ödənişsiz məzuniyyətlər.

6.

Əmək müqaviləsinə xitam verilməsi. Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun tənzimlənməsi.

7.

Əmək kitabçası haqqında ümumi məlumat. Doldurulma qaydaları. Uçotunun aparılması.

8.

Sosial sığorta şəhadətnaməsi

9.

Texniki təhlükəsizlik qaydaları. Əməyin mühafizəsinin təşkil ediıməsi.

10.

Əmək haqlarının ödənilməsi.

11.

Ənənəvi və qeyri-ənənəvi işə götürmə üsulları. Seçim üsulları (müsahibə, anket sorğuları, bioqrafik anket). Qiymətlndirmə çalışmaları.

12.

Qadınların və yaşı 18-dən az olan işçilərlə əmək mühasibətlərinin tənzimlənməsi.

13.

İş yerlərinin və işçilərin attestasiyasının keçirilməsi.

14.

Daxili nizam intizam qaydalarının tərtib edilməsi.

15.

Praktik məşğələrlə biliklərin yoxlanılması.

 

SİZƏ ZƏNG EDƏK