Xarici dil kursları

İtalyan dili kursları

STİMUL Education & Consulting İtalyan dilində mükəmməl danışmaq bacarığına yiyələnmək istəyən hər kəsi qrup və ya fərdi dərslərdə iştiraka dəvət edir.

Kursun Proqramı 6 səviyyədən ibarətdir:

1. A1 – Başlanğıc Səviyyə
2. A2 – Elementar Səviyyə
3. B1 – Aşağı Orta Səviyyə
4. B2 – Orta Səviyyə
5. C1 – Yüksək orta Səviyyə
6. C2 – Mükəmməl Səviyyə

Hər səviyyənin proqramı 2 ay olsa da, tələbənin dil öyrənmə qabiliyyətindən və bu dili öyrənmək üçün ayıracağı vaxtdan asılı olaraq bu müddət arta və ya azala bilir.

Proqrama əsasən dərslər həftədə 3 dəfə, hər dərs 1 saat və ya həftədə 2 dəfə hər dərs 1 saat yarım olmaqla təşkil olunur. Dərslər fərdi və ya qrupda olmaqla tədris olunur.

QEYD: Dərslər İtalyan dili müəllimliyi üzrə təhsil almış peşakar müəllimlər tərəfindən tədris olunur. Sınaq dərslərimizdə ödənişsiz olaraq iştirak edərək müəllimlərimizi də tanımaq imkanı yaratmışıq.

SİZƏ ZƏNG EDƏK