Xarici dil kursları

Fars dili kursları

Fars dili bir neçə istiqamətdə tədris olunur:

1. Fars ədəbi dili və qrammatikası
2. Fars danışıq dili və Tehran ləhcəsi
3. Fars xətləri, nəstəliq və şikəstə xətləri

Fars dili Hind Avropa dil ailəsinə daxil olan nəcib xüsusiyyətlərə malik, öz incəliyi, axıcılığı ilə seçilən ədəbiyyat dilidir. Bu dil Orta əsrlərdə bütün Asiyada saray dili səviyyəsinə qalxmış, bir neçə əsr bütün Yaxın və Orta Şərq bu dildə danışmış, zəngin dil potensialı yaradılmışdır. Hal hazırda Dövlət dili kimi İranda,Tacikistan və Əfqanıstanda istifadə olunur. Həmsərhəd dövlətin milli dili olduğu üçün, o cümlədən bütünlükdə orta əsr ədəbi və tarixi əsərlərinin dilini təşkil etdiyindən bu dilin öyrənilməsi təqdirə layiqdir

Fars dili kurslarımız Bakı Dövlət Universtitenin Şərqşünaslıq fakültəsinin bakalavr və magistr pillələrinin məzunu olmuş, Azərbaycanda fars dili və ədəbiyyatı olimpiadasının qalibi Şahin Yusifli tərəfindən tədris olunur. Dil kurslarının köməyi ilə rahatlıqda bu dildə olan televiziya verlişlərini izləyəcək, əsərləri, qəzet və jurnalları oxuyub başa düşəcəksiniz.

Fars dili üzrə hər səviyyənin proqramı 2 ay olsa da, tələbənin dil öyrənmə qabiliyyətindən və bu dili öyrənmək üçün ayıracağı vaxtdan asılı olaraq bu müddət arta və ya azala bilir.

Proqrama əsasən dərslər həftədə 3 dəfə, hər dərs 1 saat və ya həftədə 2 dəfə hər dərs 1 saat yarım olmaqla təşkil olunur. Dərslər fərdi kiçik qrupda (2-4 nəfər) olmaqla tədris olunur.

SİZƏ ZƏNG EDƏK