Təlim planı

“Peşə Sağlamlığı və Təhlükəsizliyi” təlimi

Azərbaycanda ilk dəfə Böyük Britaniyanın Ətraf Mühitin və Sağlamlığın Mühafizəsi İnstitutunun (Chartered Institute of Environmental Health) rəsmi akreditasiya və lisenziyası əsasında “Peşə Sağlamlığı və Təhlükəsizliyi” təliminin 2-ci və 3-cü səviyyələrinə qəbul elan edirik.

2-ci səviyyə təlimi müəssisə daxilində bütün təbəqələrdə olan şəxslər və işçilərin giriş təlimatı və ya peşə hazırlığı üzrə inkişaf kursunu axtaran işəgötürənlər üçün nəzərdə tutulub.

İştirakçılar risklərin profilləşdirilməsi və onun sağlamlığa və təhlükəsizliyə, bədbəxt hadisə hesabatlarına və fövqəladə hallar üzrə prosedurlara etdiyi təsiri haqqında öyrənəcəklər.

2-ci səviyyə təliminin materiallarına aşağıdakılar daxildir:

- Peşə sağlamlığı və təhlükəsizliyinə giriş (30 slayd)

- Risklərin qiymətləndirilməsi (12 slayd)

- İş yerində ümumi təhlükələr və nəzarət (43 slayd);

- Bədbəxt hadisələrin hesabatı və fövqəladə hallar üzrə prosedurlar (10 slayd)

• 6 səhifəlik praktiki məşğələlər

• "Peşə Sağlamlığı və Təhlükəsizliyi Prinsipləri və Təcrübə - ƏMSMİ-nun peşə sağlamlığı və təhlükəsizliyin əsasları" üzrə təlim kitabı

• Bir neçə seçmə cavab variantı ilə olan 20 test sualları

3-cü səviyyə təlimi - "Orta səviyyəli Peşə Sağlamlığı və Təhlükəsizliyi" hesab olunur və iş yerində rəhbərlər və nəzarətçilərlə yanaşı, təlimçilərin hazırlanması və inkişafı üçün nəzərdə tutulub.

Bu kursun məqsədi, iş yerində peşə sağlamlığı və təhlükəsizliyə dair müxtəlif cəhətlərini dərindən başa düşən rəhbər və nəzarətçiləri daha geniş məlumatla təmin etməkdir. Bununla yanaşı, planlaşdırmanın, risk profilinin və peşəkar səviyyəsində peşə sağlamlığın və təhlükəsizliyin təşkilinin həyata keçirilməsinin əhəmiyyətini öyrənəcəksiniz. Kursa, həmçinin, qanunvericiliyə uyğun olan nəzarət, ölçü və araşdırma proseslərin öyrənilməsi də daxildir.

3-cü səviyyə təliminin materiallarına aşağıdakılar daxildir:

- İş yerində peşə sağlamlığın və təhlükəsizliyin idarə edilməsi (14 slayd);

- Planlaşdırma (41 slayd);

- Risklərin profilləri (13 slayd);

- İşlə əlaqədar xəsarətlər, təhlükələr və nəzarət (22 slayd);

- İşlə əlaqədar xəstəlik, təhlükələr və nəzarət (28 slayd);

- Təşkilat və tətbiq etmə (23 slayd);

- İcranın yoxlanılması (15 slayd).

- İcraya baxış (7 slayd).

• 10 səhifəlik praktiki məşğələlər;

• "Peşə Sağlamlığı və Təhlükəsizliyinə Nəzarət – ƏMSMİ-nun peşə sağlamlığı və təhlükəsizliyi üzrə orta səviyyəli” kursun təlim kitabı;

• Bir neçə seçmə cavab variantı ilə olan 40 test sualları.

 

STİMUL keyfiyyətin təminatçısı olaraq hər zaman təcrübəli mütəxəssislərlə çalışır. Təşkil edəcəyimiz SƏTƏM təlimləri ölkəmizdə və dünyada xüsusi nüfuza sahib neft-qaz sektorunda fəaliyyət göstərən beynəlxalq şirkətlərinin birində Azərbaycan və Gürcüstan üzrə SƏTƏM və Normativ Uyğunluğu üzrə Əlaqələndirici vəzifəsində çalışan, Bakı Mühəndislik Universitetində “Həyat Fəaliyyətinin Təhlükəsizliyi” fənnini tədris edən, 19 illik iş təcrübəsinin 13 ilini sənaye sektorunda qazanan peşəkar mütəxəssis Xalid Babayev (Grad IOSH, MIIRSM, MCIEH) tərəfindən həyata keçiriləcək. Xalid müəllim Böyük Britaniyanın yüksək nüfuza malik Ətraf Mühitin və Sağlamlığın Mühafizəsi İnstitutunun (Chartered Institute of Environmental Health) rəsmi lisenziyalı təlimçisidir.

İmtahanı müvəffəqiyyətlə keçən təlim iştirakçıları bütün dünyada tanınan beynəlxalq sertifikatla bilavasitə Böyük Britaniyanın Ətraf Mühitin və Sağlamlığın Mühafizəsi İnstitutunun (CIEH) tərəfindən təltif olunacaq.

2-ci səviyyə təlimin müddəti: 18 saat

Dərs günləri və saatları: Çərşənbə günü saat 19:00-dan 21:00-dək, Bazar günü isə 10:00-dan 13:00-dək.

Qiymət: 390 AZN

3-cü səviyyə təlimin müddəti: 26 saat

Dərs günləri və saatları: Çərşənbə axşamı və Cümə axşamı günləri saat 19:00-dan 21:00-dək, Bazar günü isə 14:00-dan 18:00-dək.

Qiymət: 490 AZN

SİZƏ ZƏNG EDƏK