Təlim planı

“Beynəlxalq Maliyyə, Mühasibatlıq və Vergi uçotu” təliminə qeydiyyat başladı

Kursun məqsədi gələcəkdə maliyyəçi, mühasib və ya hal hazırda mühasib işləyən mütəxəssislərə beynəlxalq və yerli mühasibatlıq, həmçinin vergi uçotu sistemlərinin müəssisələrdə təşkili və tətbiqini nəzəri və praktiki üsullarla öyrətməkdir.

Nəzəri və praktik məlumatlarla yanaşı, proqramda nümunə kimi konkret biznes hallarının araşdırılması (case study) müzakirə edilir, rol oynama, biznes oyunu, müxtəlif ssenariaların təqdimatları, qrup və layihə çalışmaları həyata keçirilir və bu zaman müasir tədris metod və texnologiyalarından istifadə edilir.

 

 

Kursun tədris proqramı: 3.5 ay - 64 saat

Beynəlxalq maliyyə və milli mühasibat uçotu – 32 saat
Vergi Uçotu – 10 saat
Rəsmi mühasibatlıq və uçot – 14 saat
Qiymətləndirmə: 8 saat.

Tam proqramın ödənişi (3,5 ay): 450AZN
Dərs saatı: həftəiçi saat 19:00 və həftə sonları
Təlimin başlama vaxtı: 30.03.2018 saat 19:00

Təlimçi: Namiq Əlizadə (Ph.D , elmlər doktoru elmi dərəcəsi üçün disertant)

Əlizadə Namiq ADİU –nun bakalavr və magistr məzunudur. 2011-ci ildən iqtisad üzrə fəlsəfə doktoru (Ph.D) elmi dərəcəsini almışdır. 2018-ci ilin yanvar ayından müsabiqə yolu ile ADİU –nun elmlər doktoru elmi dərəcəsi üçün disertant kimi qəbul olunub. Əlizadə Namiq 10-dan cox yerli və xarici jurnallarda elmi məqalələrin həmçinin şəxsi inkisafla bağlı 30-dan çox məqalənin müəllifidir.

Namiq müəllim OYU – nun Biznes, Karyera, Təlim və Marketinq İnnovasiyalar İnstitutunun rəhbəridir. (http://www.oyu.edu.az/index.php?newsid=251 )

Azərbaycanda ilk dəfə 2016-ci ildən etibarən davamlı mini MBA Sertifikatlaşdırma Proqramının təşkilatçısı və təlimçisidir (https://www.youtube.com/watch?v=7jfizSTEPE8 )

Əmək fəaliyyətinə 2004-cü ildən AMAKA – da iqtisadçı kimi başlamışdır, daha sonra isə baş mühasib vəzifəsində çalışmışdır. Bundan başqa ANS Şirkətlər Qrupu, ATİLLA GROUP, KİA MOTORS Azərbaycan, NURGÜN HOLDINQ kimi şirkətlərdə - daxili auditor, maliyyə və kommersiya direktoru, marketinq və biznesin inkişafı direktoru vəzifələrində çalışmışdır. Hal hazırda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC –nin ADDA-nın Təlim Tədris Mərkəzində “Biznes İnkişafı” qrupunun rəhbəridir.

Hal hazırda UNEC ve OYU-da MBA Proqramı üzrə pedaqoji və təlimçi fəaliyyətini davam etdirir.

Namiq müəllim Beynəlxalq Maliyyə Uçotu, Milli Uçot, Vergi Sistemi və Tələbləri, Menecmentin Əsasları, İqtisadiyyatın Əsasları və biznes fəaliyyətində önəmli olan digər təlimləri də tədris edir.

 

SİZƏ ZƏNG EDƏK