Təlim planı

SƏTƏM - 11.03.2018

Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit - SƏTƏM

Ölkəmizdə müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlər, sənayə mərkəzləri hər il öz fəaliyyətlərini Avropa standartlarına uyğunlaşdırmaq yolunda ciddi addımlar atırlar. Bu yöndə atılan addımlardan ən vacibi də iş yerində sağlamlıq və təhlükəsizliklə bağlı tədbirlərdir. Bu məqsədlə də müxtəlif risk qruplarına daxil olan hər bir təşkilat SƏTƏM üzrə mütəxəssisləri işə cəlb edir və iş yerinin təklükəsizliyi, işçi heyətinin sağlamlığının müdafiəsi və ətraf mühitə vurulacaq zərərin minimuma endirilməsi istiqamətində işlər görürlər. Ancaq SƏTƏM üzrə ixtisaslaşmış kadr azlığı bu yöndə də mütəxəssis çatışmamazlığına gətirib çıxarır. Bütün bunları və çoxsaylı istəkləri, müraciətləri nəzərə alaraq tezliklə “İş Yerində Sağlamlıq və Təhlükəsizlik” kurslarının (“Health & Safety in the Workplace”) təşkilinə başlayırıq.


STİMUL keyfiyyətin təminatçısı olaraq hər zaman təcrübəli mütəxəssislərlə çalışır. Təşkil edəcəyimiz SƏTƏM təlimləri ölkəmizdə və dünyada xüsusi nüfuza sahib neft strukturunda fəaliyyət göstərən beynəlxalq şirkətlərdən birində Azərbaycan və Gürcüstan üzrə SƏTƏM və Normativ Uyğunluğu üzrə Əlaqələndirici vəzifəsində çalışan, Bakı Mühəndislik Universitetində “Həyat Fəaliyyətinin Təhlükəsizliyi” fənnini tədris edən, 19 illik iş təcrübəsinin 13 ilini sənaye sektorunda qazanan peşəkar mütəxəssis Xalid Babayev (Grad IOSH, MIIRSM) tərəfindən tədris olunacaq.

Dərslərimiz əsasən həftə içi saat 19:00-dan sonra və bazar günləri olmaqla təşkil olunacaq. Yerlərimiz məhdud olduğundan elə indi qeydiyyatdan keçməyə tələsin!

QEYD: İmtahanı ingiliscə verən iştirakçılar Chartered Institute of Environmental Health tərəfindən bütün Dünyada tanınan Beynəlxalq sertifikatla təltif olunacaq və imtahan sualları ilə yanaşı imtahan nəticəsinə uyğun sertifikat da CIEH London ofisi tərəfindən göndəriləcək. Azərbaycan dilində imtahana girən tələbələr isə ölkə daxilində tanınan STİMUL - CİEH tərəfindən verilən sertifikat əldə edəcək.


Tam proqramın davametmə müddəti 34 saat təşkil edəcək. Dərslər həftə içi 2 dəfə saat 19:00-dan - 21:30-dək və bazar günləri saat 14:00-dan 13:00-dək olmaqla təşkil olunacaq. Tam proqramın ödənişi ingilis dilində imtahana girənlər üçün 570AZN, Azərbaycan dilində imtahan verənlər üçün isə 495AZN olacaq.

SİZƏ ZƏNG EDƏK