Təlim planı

Vergi uçotu - 06.03.2018

STİMUL Education & Consulting mühasibatlıq üzrə yeni fəaliyyətə başlamaq istəyənlərlə yanaşı həmçinin peşəkarlığını artırmaq istəyən mühasibləri “Vergi Uçotu” təlimində iştirak etməyə dəvət edir.

Təlimin dili: Azərbaycan dili

Tarix və saat: 6 mart 2018, saat 19:00 (həftə içi - çərşənbə axşamı və cümə günləri)

Davametmə müddəti: 3 ay  (36 saat)

İştirak haqqı: 150 AZN (aylıq 12 saat)

Təlimçi: Sadiq Vəliyev (9 ildən artıq iş təcrübəsi var, hal hazırda Holdinqlərin birində baş mühasib vəzifəsində çalışır, Vergi üzrə mütəxəssisdir)

Təlimin proqramı:

Fiziki şəxslərin gəlir vergisi və Sosial sığorta üzrə hesablaşmalar:

- Əmək haqqının hesablanmasının uçotu.

- Məzuniyyətlər.

- Gəlir vergisinin hesablanması, azadolma və güzəştlər.

- Sosial sığorta haqlarının hesablanması qaydası.

- Xəstəliklə əlaqədar müavinət.

- Ezamiyyə haqlarının hesablanması.

 

Ödəmə mənbəyində verginin tutulması:

- İcarə haqlarından ÖMV.

 

Sadələşdirilmiş vergi:

- Sadələşdirilmiş verginin ödəyiciləri.

- Vergitutma obyekti.

- Sadələşdirilmiş verginin dərəcəsi və hesablanması qaydası.

 

Mənfəət vergisi:

- Verginin ödəyicisi, dərəcəsi və vergitutma obyekti.

- Gəlirdən çıxılan və çıxılmayan xərclər.

- Əsas vəsaitlərin əldə olunması, təmir xərcləri, amortizasiyası.

- Kassa və hesablama metodu.

 

Əmlak vergisi:

- Əmlak vergisinin ödəyiciləri

- Vergitutma obyekti və azadolmalar.

- Əmlak vergisinin hesablanması və ödənilmməsi qaydası.

 

Əlavə dəyər vergisi:

- ƏDV ödəyiciləri, onların qeydiyyatı və qeydiyyatın ləğvi.

- Vergitutma obyekti.

- Əməliyyatların aparıldığı vaxtın və yerin müəyyən edilməsi.

- İdxalda ödənilməli ƏDV.

- ƏDV-dən azad və 0 dərəcəli əməliyyatlar.

- Vergi tutulan dövriyyədən büdcəyə ödənilməli ƏDV

- ƏDV-nin əvəzləşdirilməsi

- Elektron vergi hesab-fakturası

 

Hesabatların hazırlanması qaydası:

•Dövlət sosial müdafiə fonduna hesabat (B1,B3)

•Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi.(BTP)

•Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi (BTP)

•Sadələşdirilmiş vergi bəyannaməsi (BTP)

•Mənfəət vergisi bəyannaməsi.(BTP)

•ƏDV bəyannaməsi (BTP)

 

Yeni hesablar planı:

- Hesablar planı ilə ümumi tanışlıq.

- Müxabirləşmənin mənimsənilməsi.

- Dövriyyə qalıq cədvəlinin qurulması. Balans.

 

 

SİZƏ ZƏNG EDƏK