Xəbərlər və Tədbirlər

2 günlük Təlim: “Proseslərin effektiv idarəedilməsində «Qənaətli idarəetmə (Lean production)» konsepsiyasının tətbiqi”

19.09.2019

Sizi “STİMUL” və “Harvard Business Consulting” tərəfindən təşkil olunan “Proseslərin effektiv idarəedilməsində «Qənaətli idarəetmə (Lean production)» konsepsiyasının tətbiqi” 2 günlük təlimdə iştirak etməyə dəvət edirik. 

Artıq dünyanın aparıcı təşkilatları, Toyota, GM, Rusiyanın bank sektorunun ən böyük oyunçusu olan Sberbank bu konsepsiyanı uğurla tətbiq etmişlər. 
Qənaətli idarəetmə (Lean ) nin əsasında bütün növ itkilərin, təşkilatın əməkdaşlarının birgə səyi nəticəsində aradan qaldırılmasından və istehlakçıların maksimum məmmunluğuna yönülülükdən ibarətdir.

Təlimin modulları:
1. Qənaətli idarəetmə/istehsal (Lean ) - in əsas məqsədi
2. Xərclərin azaldılmasının əsas istiqamətləri
3. İtki növləri və onların təsnifatlaşdırılması
4. Adi və Qənaətli idarəetmə/istehsal formulaları
5. Qənaətli idarəetmə/istehsal (Lean ) əsas alətləri
a) Poke-yoke – səhvlərdən müdafiə üsulu
b) JİT - “tam zamanında istehsal 
c) Kanban metodu 
d) 5S – iş yerinin səmərəli təşkili
e) SMED texnologiyası – sürətli qəlib dəyişməsi
f) Kaizen – daim inkişaf yanaşması
g) Qarışıq yükləmə və istehsalda nizamlılıq və s.
6) Prosesslərin «Qənaətli idarəetmə/istehsal (Lean production)» prinsiplərinə uyqun təşkili

Təlimçi haqqında:
Vidadi Baxışov (Yerli və Beynəlxalq əhəmiyyətli layihələrin rəhbəri) 1985-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. Rusiya, Almaniya, Finlandiya və s. xarici ölkələrdə İdarəetmə - Menecment üzrə ixtisasartırmalar keçmiş, Beynəlxalq konfransların iştirakçısı və məruzəçisi olmuşdur. O, 1996-cı ildən Azərbaycanda yaradılan yeni idarəetmə sisteminin qurucularındandır. Vidadi müəllim media, bank, istehsal, xidmət, maliyyə və digər sektorda fəaliyyət göstərən şirkətlərin, Dövlət qrumlarının tam yeni idarəetmə proqramlarını işləyib hazırlamaq üzrə professional təcrübəyə malikdir. Göstərdiyi xidmətlərə görə prezidentimiz cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının TƏRƏQQİ medalı ilə təltif olunmuşdur.

Təlimin tarixi: 05.10.2019 saat 10:30
Təlimin proqramı: 
10:30 - təlimin başlanması
12:00 - çay fasiləsi
13:00-14:00 -nahar
15:30- çay fasiləsi

2 günlük təlimin Qiyməti- 90 azn
Tələbələr üçün - 72 azn

Qeydiyyat üçün link: https://bit.ly/2lZYd2w

Bizimlə əlaqə ⤵

????Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı 44, Caspian Plaza, 3-cü korpus, 10-cu mərtəbə (Nizami M/S yaxınlığı)
???? (+994 12) 497 75 37 / 39
???? (+994 50) 661 01 17; (+994 55) 528 35 45; (+994 70) 297 75 37
WhatsApp: (+994 55) 779 75 17
????info@stimul.az
????www.stimul.az

SİZƏ ZƏNG EDƏK