Xəbərlər və Tədbirlər

ACCA DipIFR təliminə qeydiyyat başladı

10.09.2018

STİMUL Education & Consulting ACCA DipIFR (Diploma in International Financial Reporting) təlimində iştirak üçün növbəti tələbə qəbulu elan edir!

 

Təlimin dili: İngilis dili
Müddəti: 100 saat
Təlimin başlama tarixi: 23 Sentyabr 2018
Endirimli xidmət haqqı: 820 AZN

 

Xidmət haqqına daxildir:

1. 4 aylıq təlim.
2. Tədris vəsaitləri 
3. İmtahanqabağı Konsultasiya.

 

Təlimçi: İlyas Quliyev (CFO, DipIFR)

İlyas müəllim İFRS və Vergi uçotu sahəsində ixtisaslaşmış professional mütəxəssisdir. Müxtəlif konsaltinq şirkətlərində 5 ildən çox bir müddətdə mühasib və baş vergi mütəxəssisi olaraq çalışmışdır. Bir neçə tanınmış yerli və xarici şirkətlərdə baş mühasib və maliyyə direktoru olaraq fəaliyyət göstərmişdir.

İlyas Quliyev yerli və Beynəlxalq Mühasibat Uçotu standartları, Əmək Məcəlləsi, Vergi Məcəlləsi və bir çox qanunvericilik aktlarını yüksək səviyyədə bilən nadir mütəxəssislərdəndir. 2012-ci ildən Vergi Uçotu və Mühasibatlıq üzrə müxtəlif təlimləri tədris edir. ACCA üzrə DipİFR, CIMA CO2, F7 – Financial Reporting, F3 – Financial Accounting (86%) rəsmi imtahanlarda iştirak etməklə yanaşı F1, F3, F6, F7 və CIMA CO2 – Fundamentals of Financial Accounting kurslarını tədris edir.

Hazırda yerli və beynəlxalq Mühasibatlıq və Vergi Uçotu üzrə sərbəst konsultant olaraq bir neçə əhəmiyyətli layihələrin icrasını həyata keçirməklə yanaşı pedeqoji fəaliyyətini də davam etdirir.

SİZƏ ZƏNG EDƏK