Xəbərlər və Tədbirlər

Cambridge Assessment English Certification

15.05.2018

STİMUL Education & Consulting olaraq Azərbaycanda ilk dəfə, 6 il öncə, 2012-ci ildə Beynəlxalq English UK akreditasiyasından keçərək ingilis dili tədrisini Beynəlxalq standartlara uyğunlaşdırdıq.

Ancaq zaman keçdikcə müasir tələbləri qarşılamaq, ingilis dili hazırlığı keçən tələbələrə bütün levellər üzrə verilən sertifikatların bütün dünyada tanınmasını təmin etmək üçün yeni imkanlara sahib olmaq gündəmə gəlir.

Bu tələbləri tam olaraq qarşılamaq üçün növbəti hədəfimiz Cambridge English Authorised Preperation Centre və Cambridge English Authorised Test Centre statusları qazanmaqdır.

Bu yöndə ilk razılığa gəldik və artıq mərkəzimizdə ingilis dilini öyrənən tələbələrimiz istədikləri levelin sonunda Cambridge Assessment English Certification imtahanında iştirak edərək nəticələrinə uyğun olaraq bütün dünyada tanınan tam Beynəlxalq statusu olan Cambridge English sertifikatı ilə təmin ediləcəklər.

İmtahanlar ayda 1-2 dəfə olmaqla, öncədən müəyyənləşdirilmiş tarixlərdə əməkdaşlıq müqaviləmiz olan Bakıdakı rəsmi Test Mərkəzində təşkil olunacaq.

Hazırlıq proqramları Cambridge English tərəfindən təqdim olunub və İngilis dili Mərkəzimizdə hazırlıq keçərək rəsmi imtahanlarda iştirak edə biləcəksiz.

  •  Cambridge English : Starters;
  •  Cambridge English: Movers;
  •  Cambridge English: Flyers;
  • Cambridge English: Key (KET);
  • Cambridge English: Preliminary (PET);
  • Cambridge English: First (FCE);
  • Cambridge English: Advanced (CAE);
  • Cambridge English: Teaching Knowledge Test (TKT).

Siz də Beynəlxalq standartlara tam cavab verən rəsmi Cambridge English proqramları əsasında tədris olunan ingilis dili kurslarımızda iştirak etmək istəyirsinizsə elə indi qeydiyyatdan keçin. Dərslər fərdi və kiçik qruplarda

SİZƏ ZƏNG EDƏK