Xəbərlər və Tədbirlər

Sahibkarlar üçün İnsan Resursları (HR) və Vergi Uçotu

28.04.2018

✅ Seminar – sahibkar kimi fəaliyyət göstərən və ya sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlər üçün nəzərdə tutulub.

✅ Əziz sahibkarlar peşəkar fəaliyyətinizdə İnsan Resursları (HR) və Vergi Uçotu üzrə qarşılaşdığınız problemlərin həllinə yönəlmiş Açıq Qapı günü 29 Aprel 11:00 – da keçiriləcək.

Əksər müraciət edən şəxslər Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar 29 Aprel tarixində Bakıda əsas yolların bağlı olacağını nəzərə alaraq "Sahibkarlar üçün İnsan Resursları (HR) və Vergi Uçotu üzrə Açıq Qapı Günü" tədbirimizin 06 May tarixiniə keçirməyimizi xahiş ediblər. Müraciətləri nəzərə alaraq Seminar-Görüşümüz 06 May, saat 11:00-da baş tutacaq.

✅ Arzu edən hər kəs zəng edərək, e-mail və ya link vasitəsilə qeydiyyatını təsdiqlədə biləcək. Tədbirdə iştirak tamamilə ÖDƏNİŞSİZDİR.

➡️ Bu link vasitəsi ilə online qeydiyyatdan keçə bilərsiniz:https://goo.gl/1AbQsJ

Təlimçilər:

HR - Təlimçi: Sevinc Qarakişiyeva (neft sektorunda HR menecer)

HR sahəsində 10 ildən çox təcrübəsi olan Sevinc xanım hazırda neft sektorunda fəaliyyət göstərən şirkətlərdən birində HR Menecer vəzifəsində çalışır. Həmçinin İnsan Resursları sahəsində təlimçi və konsultantdır. ISO 9001:2008, ISO 14001:2004 və OHSAS 18001:2007 üzrə ixtisaslı mütəxəssisdir.

Vergi Uçotu – Təlimçi: Dilqəm Göyüşov (Vergilər Nazirliyində şöbə rəhbəri, Böyük Dövlət vergi müfəttişi)

Dilqəm müəllim Mühasibatlıq və konsaltinq şirkətində mühasib olaraq çalışdıqdan sonra Azərbaycan Respublikası Vergilər Nazirliyinin Çağrı Mərkəzində (195) operator olaraq işə başlamışdır. Qısa müddət ərzində Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində bölmə rəisi vəzifəsinə yüksəlmiş və daha sonra Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentində (KSID) şöbə rəhbəri işləmişdir. Hazırda həmin departamentdə Böyük Dövlet vergi müfəttişi vəzifəsində çalışır. Uzun illərdir vergi orqanlarında Vergi Qanunvericiliyinin vergi odəyicilərinə çatdırılması, vergi ödəyicilərinin maarifləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Bizimlə əlaqə və qeydiyyat üçün:
 

 

SİZƏ ZƏNG EDƏK