Xəbərlər və Tədbirlər

Korporativ Sosial Məsuliyyət - sosial qruplar üçün ödənişsiz kursların təşkili

28.04.2018

STİMUL Education & Consulting 9 ildən çoxdur ki, ölkəmizdə təlim və seminarların təşkili, Xarici dillərin və Kompüter kurslarının tədrisi, Tərcümə xidmətləri, Xaricdə təhsil sahəsində fəaliyyət göstərir.

Ölkə daxilində və ölkə xaricində fəaliyyət göstərən Nazirliklər, Müəssisələr, Təşkilatlar və Universitetlərlə əməkdaşlıq edirik.

Fəaliyyətə başladığımız gündən etibarən kommersiya layihələrimizlə yanaşı müxtəlif sosial layihələri də daxili vəsaitimiz hesabına icra edirik. Korporativ Sosial Məsuliyyət bizim üçün hər zaman prioritet olaraq qalmaqdadır.

Müxtəlif sosial həssas qruplar üzrə (Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin övladlarına, hər iki valideyn himayəsindən məhrum olan uşaqlara, yeniyetmələrə və gənclərə, fiziki məhdudiyyəti olan şəxslərə, aztəminatlı ailələrin övladlarına və s.) aşağıda qeyd olunan layihələrdə ödənişsiz iştirak etmək imkanı təklif olunur:

1. MS Office kursları -3 aylıq proqramın tədrisi;

2. İngilis və Rus dillərinin tədrisi;

3. İngilis və Rus dilində Ünsiyyət Klublarının təşkili;

4. “CV yazma və İş Müsahibəsinə hazırlıq”, “Diksiya – Natiqlik Məharəti”, Psixoloji yöndə və digər vacib seminarların təşkili;

 

Yardımsevər, Xeyriyyəçi dostlar, Sizin birbaşa dəstəyinizə, məsləhətinizə, bir sözlə yardımınıza ehtiyacımız var.

Yuxarıda qeyd olunanlarla yanaşı sosial layihə çərçivəsində irəli sürəcəyiniz digər istək və təkliflərinizi də müzakirə etməyə hazırıq.

Bu yöndə növbəti sosial layihəmizdə bizə dəstək olacağınıza, Layihədə İngilis dili müəllimi, Rus dili Müəllimi, Kompüter proqramlarının tədrisi üzrə müəllim və layihədə sosial işçi olaraq bizə qoşulacağınıza inanırıq.

 

 

 

SİZƏ ZƏNG EDƏK