Haqqımızda

Uğurlarımız
Uğurlarımız

STİMUL Education & Consulting 2011-ci ildən etibarən bir neçə Beynəlxalq şirkətin Azərbaycandakı rəsmi nümayəndəsi statusunu almışdır. Bu şirkətlər aşağıdakılardır:

  1. London School of Business and Finance (İngiltərə)
  2. Bournemouth Business School İnternational (İngiltərə)
  3. Oxford House College (İngiltərə)
  4. Anglo-Continental (İngiltərə)
  5. Sprachcaffe (Almaniya)
  6. Kaplan International Colleges (İngiltərə)
  7. Ukrainian International Education Council

Uğurlarımız bununla bitmir. Bununla yanaşı, 2010-cu ilin may ayında Azərbaycan Respublikası Mərkəzi Bankının ingilis dilindən azərbaycan dilinə və əksinə, ingilis dilindən rus dilinə və əksinə sinxron, sistematik və yazılı tərcümə xidmətləri üzrə elan etdiyi Tenderin qalibi olmuşuq və hal-hazırda da müqavilə üzrə əməkdaşlığımızı davam etdiririk.

Həmçinin elə 2010-cu ildə bir neçə beynəlxalq ve yerli şirkətlərin də iştirak etdiyi Azərbaycan Respublikası Mərkəzi Bankının öz işçi heyətinə Java Proqramlaşdırma dili və Oracle proqramlarının tədrisi üzrə elan etdiyi tenderdə iştirak etmişik və professional təlimçilərimizin böyük təcrübəsi hesabına bu Tenderin qalibi olmuşuq.

STIMUL Education & Consulting növbəti dəfə Azərbaycan Respublikasının Mərkəzi Bankının 8 may 2013-cü il tarixində elan etdiyi Bankın əməkdaşları üçün Java web proqramlaşdırma, Oracle Database 11g və CİSCO  üzrə ixtisasartırma təlim kurslarının təşkil edilməsinə dair Tenderin qalibi olmuşdur. 

Hal-hazırda müxtəlif nazirliklər, beynəlxalq ve yerli təşkilatlar, banklar, sığorta şirkətləri, holdinqlər və fərdi sahibkarlarla əməkdaşlıqlarımızı davam etdiririk. Bu günə kimi 45-dən artıq korperativ müştəri ilə müxtəlif sahələr üzrə (tərcümə xidmətləri, mühasibatlıq xidmətləri və kursları, professional kompüter proqramlarının tədrisi, müxtəlif xarici dillər üzrə kurslar, psixoloji təlimlər və kurslar, xaricdə təhsil və s.) uğurlu müqavilələr bağlamışıq.