Haqqımızda

Haqqımızda
STIMUL Education & Consulting - Haqqımızda

STİMUL Education & Consulting 25 Yanvar 2009-cu ildən fəaliyyətə başlayıb və bu gün də müasirlik, peşəkarlıq və keyfiyyəti əsas tutaraq təhsildə və digər xidmətlərində yenilikləri tətbiq edən, operativliyi, dəqiqliyi əsas götürən bir şirkətdir. 

Missiyamız

“STİMUL NN” MMC-nin missiyası optimal müasir texnologiyanı tətbiq etməklə dünyadakı yenilikləri izləyərək onlardan səmərəli şəkildə istifadə etmək və bunun əsasında beynəlxalq standartlara uyğun bir sistem qurmaqdır.

Hədəfimiz

Bizim hədəfimiz Azərbaycan Respublikasında müştərilərimizin müasir avadanlıqlar, yüksək keyfiyyətli məhsul və xidmətlərlə təmin olunmalarına yardım edən aparıcı bir şirkət qurulmasıdır. Bizim hər bir müştərimiz professional və keyfiyyətli təhsil və xidmətlərlə təmin ediləcəyinə əmin ola bilər.

Komandamız

“STİMUL NN” MMC-nin işçi heyəti yüksək səviyyədə ünsiyyətcil, bacarıqlı, müasir təhsil görmüş, tanınmış yerli və xarici universitetlərin məzunları, müəllimləri, yerli və xarici şirkətlərdə məsul vəzifələrdə çalışmış işçilər və mütəxəssislərdən ibarətdir.

Üstünlüklərimiz

  • Müxtəlif sahələr üzrə əhəmiyyətli təcrübə
  • Qərarların qəbulu zamanı yüksək çeviklik və effektivlik
  • İşçilərin yüksək peşəkarlığı
  • Güclü texniki dəstək xidmətləri
  • Operativ şəkildə materiallarla təchizolunma
  • Hər tələbəyə fərdi yanaşma
  • Rahat ödəniş sxemləri
  • Müştəridən əvvəl verilən qərarlara görə məsuliyyət
  • Yüksək nəticə göstərmiş tələbələrimizə güzəştlər

 

STİMUL Education & Consulting aşağıdakı xidmətləri təklif edir:

 

TƏLİMLƏR

  • PR - İctimaiyyətlə Əlaqələlər
  • HR - İnsan Resursları
  • Marketinq
  • Beynəlxalq Mühasibatlıq
  • Milli Mühasibatlıq
  • Hüquq (bütün sahələr)
  • Reklam işi (Advertising)
  • Nitq Mədəniyyəti
  • Logistika
  • Bank işi
  • Biznes vərdişləri
  • İnformasiya Texnologiyaları
  • Maliyyə Uçotu
  • Menecment
  • Psixoloji təlimlər

 

XARİCİ DİL KURSLARI

  • Standart kurslar
  • İntensiv kurslar
  • İxtisaslaşmış xüsusi kurslar
  • Danışıq klubları

 

“STİMUL” da siz Azərbaycan, İngilis, Alman, Fransız, İspan, İtalyan, Yapon, Polyak, Ərəb, Fars, Rus, Gürcü və s. dillərə yiyələnə biləcəksiniz. Həmçinin xarici vətəndaşlar üçün Azərbaycan dili kursları da təşkil edilir. Kurslar ən müasir metodikalardan istifadə etməklə xüsusi proqramlar əsasında keçirilir. Proqram seçilərkən tələbənin başlanğıc bilik səviyyəsi, sərbəst vaxtı və dili öyrənməkdə məqsədi nəzərə alınır. Sizə həmçinin Amerikalı mütəxəssislər tərəfindən tədris olunan ingilis dili kursları da təklif edirik.

 

KOMPÜTER PROQRAMLARININ TƏDRİSİ

STİMUL Education & Consulting olaraq müştərilərimizə bütün kompüter proqramlarının tədrisini və eyni zamanda mütəxəssislərimiz tərəfindən həmin kompüter proqramları üzrə müəyyən xidmətlər göstərilməsini təklif edirik.

  • Əməliyyat Sistemləri
  • Ofis Proqramları
  • Proqramlama Dilləri
  • Dizayn Proqramları
  • Verilənlər Bazasının İdarəetmə Sistemləri

 

KORPORATİV MÜŞTƏRİLƏRƏ XÜSUSİ TƏKLİFLƏR

“STİMUL NN” MMC öz əməkdaşlarının bilik səviyyələrinin artırılmasında marağı olan bütün təşkilatlar üçün «Xüsusi Təkliflər» proqramı hazırlamışdır. Bu proqram sizə, başqa proqramlardan fərqli olaraq, vaxtınıza qənaət edərək, ancaq müəyyən istiqamətdə biliklər əldə etməyə kömək edəcək. Burada müəssisənin fəaliyyət sahəsi, əməkdaşlarının vəzifə spesifikası, asudə vaxtı nəzərə alınır. Biz müasir bazarın tələblərini nəzərərə alaraq ən müasir peşə sahələri üzrə ixtisaslaşma kursları təqdim edirik.

 

TƏRCÜMƏ XİDMƏTLƏRİ

Biz sizə böyük məmnuniyyətlə istənilən mövzunun tərkibində şifahi, yazılı, tam keyfiyyətli tərcümə xidmətini, eləcə də xarici qonaqların dilçilik təminatını təklif edirik. Mərkəz 25-ə yaxın dil üzrə yazılı və şifahi (sinxron və sistematik) tərcümə xidməti təklif edir.

 

MÜHASİBATLIQ XİDMƏTLƏRİ

Biz müştərilərimiz üçün yuksək səviyyəli mühasibatlıq xidmətləri təklif edirik. Fəaliyyət sahəsindən asılı olmayaraq istənilən mühasibat sənədlərinin tərtib olunmasında, hesabatların hazırlanmasında yüksək operativlik və dəqiqlik bizim əsas prioritetimizdi. Biz həm vergi hesabatlarını həm də daxili maliyyə hesabatlarını tez bir zamanda hazırlayır və müştəriyə təqdim edirik.

 

İT (İnformasiya Texnologiyaları) XİDMƏTLƏR

"STİMUL NN" MMC bütün müştərilərinə yüksək keyfiyyətli Kompüter və İT Xidmətləri, eyni zamanda Təhlükəsizlik sistemlərinin və rabitə xətlərinin quraşdırılması xidmətlərini təklif edir.

 

XARİCDƏ TƏHSİL

 

STİMUL Education & Consulting xaricdə təhsillə bağlı aşağıdakı xidmətləri təklif edir:

  • Xarici Universitetlərdə təhsil (bakalavr, magistratura, aspirantura, rezidentura)
  • İxtisasartırma kursları
  • Yay və Qış düşərgələri
  • Dil kursları (ingilis, alman, fransız, ispan, italyan, çin, yapon və s.)
  • Sertifikat kursları (TOEFL, İELTS, GMAT, GRE, SAT və s.)