Karyera

İş axtaranlar

 Vətəndaşların nəzərinə!

STİMUL Education & Consulting Şirkəti vətəndaşların malik olduqları peşə və ixtisas istiqamətləri üzrə əmək fəaliyyətinin təmin edilməsi ilə bağlı işəgötürənlərə və işaxtaranlara xidmətlərini təklif edir. Bu xidmətlərdən istifadə etmək istəyən iş axtaran vətəndaşlarımız Şirkət tərəfindən təklif edilən Kadrların anket məlumatları vərəqəsi ni tərtib edərək vacancy@stimul.az  elektron poçt ünvanına göndərməklə tərəfimizdən yaradılmış mütəxəssislər bazasında qediyyata düşə bilərlər. Şirkətin mütəxəssislər bazasında qeydiyyata düşən mütəxəssislər bir sıra üstünlüklərə malik olurlar. Belə ki, işəgötürənlər tərəfindən təklif edilən vakant vəzifələrin tutulması məqsədilə ilk növbədə Şirkətin mütəxəssislər bazasına daxil olan şəxslərin namizədlikləri nəzərdən keçiriləcəkdir ki, bu da qeyd olunan şəxslərin daha tez müddətdə ixtisas və peşələrinə uyğun işlə təmin olunmalarına səbəb olacaqdır.