Seminar: “Biznesinizin uğurla irəlilədilməsi həlləri” - STIMUL Education & Consulting

Xəbərlər

Seminar: “Biznesinizin uğurla irəlilədilməsi həlləri”

Siz kiçik və orta sahibkarlığa dayanıqlı dəstək məqsədi ilə “Harvard Business Consulting” və STİMUL Education & Consulting tərəfindən təşkil edilən Biznesinizin uğurla irəlilədilməsi həlləri seminarına dəvətlisiniz.

Tədbirin keçirilməsi tarixi və məkanı: 02.12.2017 saat  15:30.                 

Bakı ş., Cəfər Cabbarlı 44, Caspian Plaza 10-cu mərtəbə, “STİMUL Education & Consulting”in ofisi.

Online Qeydiyyatdan keçmək üçün linkə daxil olun: http://stimul.az/registration/?l=az vacib bölmələri doldurun və əlavə qeyd yerində fəaliyyət göstərdiyiniz müəssisə və ya təşkilatın adını və vəzifənizi qeyd etməyi unutmayın! Qeydiyyatı təsdiqlənən hər kəslə əlaqəsaxlayacağıq.

Master- klasda sahibkarlıq fəaliyyətində yarana bilən çətinliklərin aradan qaldırılması və effektiv idarəedilməsi ilə bağlı vergi, biznes idarəçiliyi, sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsi, insan resurslarının (HR) idarə olunması istiqamətləri üzrə sahəsinin tanınmış ekspertləri öz təcrübələri ilə bölüşəcək, məsləhətlərini, tövsiyyələrini verəcəklər.

Master-klasda  vergi sahəsində tanınmış ekspert baş vergi müfəttişi Dilqəm Göyüşov vergi qanunvericiliyi, vergi hesabatlarının hazırlanması, vergitutmanın optimallaşdırılması, yaranan çətinliklər və onların aradan qaldırılması kimi məsələrərin həlli yollarını müzakirə edərək öz təcrübəsini bölüşəcək.

Hər bir biznesin uğurlu aparılması və inkişafı üçün zəruri olan işçi heyyətinin seçimi, onların motivasiyası və səmərəli idarəedilməsi məsələlərinin təşkili  ekspertimiz neft strukturunda HR menecer Sevinc Qarakişiyeva tərəfindən təklif olunacaq.

Sahibkarlıq fəaliyyətinə hüquqi dəstəyin verilməsi, əmlak münasibətləri sahəsində hüquqi məsləhət, biznesin islahatına hüquqi dəstək, layihələrin hüquqi müşayiəti məsələri ekspertimiz hüquqşünas Lalə Fərzəliyeva tərəfindən işıqlandırılacaq.

Biznesin idarə edilməsi üzrə ekspert Vidadi Baxışov biznesin qurulması, idarəetmədə yaranan çətinliklər, idarəetmənin effektivliyinin artırılması, aparıcı müştərilərlə işin qurulması, sahibkarlıq risklərin idarəolunması kimi məsələlərin müzakirəsini apararaq öz tövsiyələrini verəcək.

 

Ətraflı məlumat və qeydiyyat üçün:

 

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı 44, Caspian Plaza iş mərkəzi, 3-cü korpus, 12-ci mərtəbə

Tel: +994 12 497 07 35

Mob: +994 70 509 95 07

Mob: +994 55 235 67 06

Web: www.harvardbc.com

E-mail: info@harvardbc.com

http://fb.com/harvardaze/

http://instagram.com/harvardbc


22.11.2017