Ödənişsiz seminar: “CV yazma, müsahibə və iş” - STIMUL Education & Consulting

Xəbərlər

Ödənişsiz seminar: “CV yazma, müsahibə və iş”

Cəlbedici CV yaza bilmirsən? İş axtarırsan? Dəvət aldığın iş müsahibələrində uğursuzluqla üzləşirsən? Öz potensialını düzgün formada göstərməkdə çətinlik çəkirsən?

STİMUL Education & Consulting arzu edən hər kəsi “CV yazma, müsahibə və iş” mövzusunda təşkil edilən növbəti ödənişsiz seminara dəvət edir. Seminarda siz düzgün və cəlbedici CV yazmağı, iş axtarmağın yollarını və iş müsahibəsinə hazırlığı və  işi əldə edə bilməyin yollarını öyrənəcəksiniz

 

Seminarın qısa Proqramı:

 

1)    CV-ni necə yazmalı və nələrə diqqət etməliyik.

 

2)    İş müsahibəsinə hazırlıq

  • İş təklifi aldığınız yer haqqında ümumi məlumat
  • Xarici görünüş

 

3)    İş müsahibəsi zamanı nəyə diqqət etməli:

  • Verilən standart sualların düzgün cavablandırılması
  • Müsahibə zamanı bədən dilindən düzgün istifadə qaydaları
  • Müsahibədən uğurlu keçməyə mane olan səhvlər

  

Seminar dili: Azərbaycan

Müddət: 2 saat

Tarix: 11.11.2017

Saat: 14:00

Qiymət: ödənişsiz

 

Təlimçi: Elçin Güləliyev (10-larla yerli və xarici təlimlərdə iştirak etmiş, 8 ildən çoxdur ki, təlimçi-trener kimi fəaliyyət göstərir, hazırda Azərbaycan Respublikası Mərkəzi Bankında əmək fəaliyyətini davam etdirir. Tam ali təhsilini Amerika Birləşmiş Ştatlarında alıb).

Qeydiyyatdan keçmək üçün CV-nizi (Tərcümeyi Hal) və iştirak edəcəyiniz seminarın adını və başlayacağı gün və saatı, əlaqə nömrələrinizi qeyd edərək office@stimul.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı 44, Caspian Plaza, 3-cü korpus, 10-cu mərtəbə (Nizami M/S yaxınlığı)
Telefon: (+994 12) 497 75 37 / 39
Mobil: (+994 50) 661 01 17; (+994 55) 528 35 45; (+994 70) 297 75 37
WhatsApp: (+994 55) 779 75 17 
E-mail: office@stimul.az  
Web: www.stimul.az  
https://www.facebook.com/Stimul.edu.az 
https://instagram.com/stimul.az


07.11.2017