“Vergi Qanunvericiliyinin tətbiqi” Təlimi - STIMUL Education & Consulting

Xəbərlər

“Vergi Qanunvericiliyinin tətbiqi” Təlimi

STİMUL mühasibləri, Vergi sahəsində çalışan konsultantları, Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar imtahanlarda iştirak etmək istəyənləri “Vergi Qanunvericiliyinin tətbiqi” təlimində iştiraka dəvət edir. Təlim Vergi Məcəlləsi və digər qanunvericilik aktlarında vergilərlə bağlı məsələlərin geniş və izahlı tədrisi əsasında təşkil olunacaq.

 

Təlimin müddəti: 3 ay / 42 saat

Başlama tarixi və saatı: 14 Oktyabr 2017, saat 18:00

Qiymət: 510 AZN (aylıq ödəniş 170AZN)

Təlimin tədris dili: Azərbaycan dili

Təlimin vaxtı: Çərşənbə günləri saat 20:00 - 21:30-dək, Şənbə günləri isə saat 18:00 - 20:00-dək.


Təlimçi: Dilqəm Göyüşov (Vergilər Nazirliyində şöbə rəhbəri, Böyük Dövlət vergi müfəttişi)

Dilqəm müəllim Mühasibatlıq və konsaltinq şirkətində mühasib olaraq çalışdıqdan sonra Azərbaycan Respublikası Vergilər Nazirliyinin Çağrı Mərkəzində (195) operator olaraq işə başlamışdır. Qısa müddət ərzində Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində bölmə rəisi vəzifəsinə yüksəlmiş və daha sonra Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentində (KSID) şöbə rəhbəri işləmişdir. Hazırda həmin departamentdə Böyük Dövlet vergi müfəttişi vəzifəsində çalışır. Uzun illərdir vergi orqanlarında Vergi Qanunvericiliyinin vergi odəyicilərinə çatdırılması, vergi ödəyicilərinin maarifləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Bizimlə əlaqə və qeydiyyat üçün:

Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı 44, Caspian Plaza, korpus 3, mərtəbə 10, Nizami Metrosunun yaxınlığı
Telefon: (+994 12) 497 75 37 / 39
Mobil: (+994 50) 661 01 17
Mobil: (+994 55) 528 35 45
Mobil: (+994 70) 297 75 37
WhatsApp: (+994 55) 779 75 17
E-mail: office@stimul.az  
Web: www.stimul.az 
https://www.facebook.com/Stimul.edu.az 
https://instagram.com/stimul.az/

 


26.08.2017