Solfecio və Harmoniya musiqi nəzəriyyəsi fənnlərindən hazırlıq - STIMUL Education & Consulting

Xəbərlər

Solfecio və Harmoniya musiqi nəzəriyyəsi fənnlərindən hazırlıq

STİMUL musiqi nəzəriyyəsinin - Solfecio və Harmoniya fənnləri üzrə kursların təşkilini davam etdirir.

SOLFECİO Musiqini eşitmə və duyma qabiliyyətini inkişaf etdirmək, eləcə də not oxumaq təcrübəsini artırmaq məqsədi daşıyan tədris fənnidir.

HARMONİYA Musiqi nəzəriyyəsinin, akkordların düzülüşünü, musiqinin ümumi inkişafında onların qarşılıqlı əlaqəsini şərh edən bölməsidir.

Musiqi tərcüməsi olmayan, insan psixikasına fəal təsir edən, insanların qəlbini fəth edən ecazkar bir qüvvədir. Alimlər sübut etmişlər ki, musiqinin insana göstərdiyi təsir bizim təsəvvür elədiyimizdən daha artıqdır.

Dərslər ali təhsil muəssisələrinə hazırlaşan abituryentlər və musiqi məktəblərinin şagirdləri üçün nəzərdə tutulub. Mərkəzimizdə xüsusi proqram üzrə unikal və müxtəlif dərs vəsaitlərinin istifadə olunması ilə musiqi nəzəriyyəsinin - solfecio və harmoniya fənnlərinin mükəmməl tədris prosesi mövcuddur. Musiqi nəzəriyyəsinin bütün mövzuları sistemli səkildə tədris olunur. Tədris azərbaycan və rus dilində aparılır. Dərslər, ali təhsil müəssisələrinin müəllimləri, dosentləri, sənətşünaslıq namizədləri və bəstəkarlar tərəfindən tədris olunur. Dərslər əsasən həftədə 2 dəfə, hər dərs 1 saat olmaqla, fərdi və 5-9 nəfərlik qruplarda təşkil olunur.

 

Bizimlə əlaqə və qeydiyyat üçün:

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı 44, Caspian Plaza, 3-cü korpus, 10-cu mərtəbə (Nizami M/S yaxınlığı)

Telefon: (+994 12) 497 75 37 / 39
Mobil: (+994 50) 661 01 17; (+994 55) 528 35 45; (+994 70) 297 75 37
WhatsApp: (+994 55) 779 75 17 
E-mail: office@stimul.az   
Web: www.stimul.az 
https://www.facebook.com/Stimul.edu.az   
https://instagram.com/stimul.az


24.12.2016