İnformasiya Texnologiyaları (IT)

İnformasiya Texnologiyaları (IT)
İnformasiya Texnologiyaları (IT) - STIMUL Education & Consulting

Kursun qısa proqramı:

ADİ SƏVİYYƏDƏ KURSUN PROQRAMI:

  • Kompüterin əsas hissələri
  • Kompüterə qoşulan əlavə qurğular və onların quraşdırılması (Printer, Skaner, Web Kamera və s.)
  • Kompüterin format olunması
  • Windows əməliyyat sisteminin yüklənməsi
  • Drayverlərin yazılması
  • Proqramların yazılması
  • Antivirus proqramından istifadə, Kompüteri virusdan necə qorumalı
  • Windows əməliyyat sistemində bəzi sistem əməliyyatları

BÜTÜN PROQRAM DİSKLƏRİ TƏLƏBƏLƏRİMİZ ÜÇÜN PULSUZ OLARAQ YAZILIR!

 

PROFESİONAL SƏVİYYƏDƏ KURSUN  PROQRAMI:

  • Kompüterin əsas hissələri
  • Kompüterə qoşulan əlavə qurğular və onların quraşdırılması (Printer, Skaner, Web Kamera və s. qurğuların qoşulması)
  • BİOS haqqında məlumat
  • Kompüterin format olunması
  • Windows əməliyyat sisteminin yüklənməsi
  • Drayverlərin yazılması
  • Proqramların yazılması
  • Antivirus proqramından istifadə, Kompüteri virusdan necə qorumalı
  • Windows əməliyyat sistemində bəzi sistem əməliyyatları
  • Texniki dərslər (Daxili qurğularla bağlı)
  • Kompüterin əsas daxili hissələri
  • Daxili qurğuların quraşdırılması
  • Prosessor, Ram, Hard disk, Video kart və Ana kart haqqında geniş məlumat
  • Əlavə qoşulan daxili qurğular (Modem, TV Kart və s.)
  • Kompüterin Yığılması
  • Şəbəkələr haqqında məlumat
  • Şəbəkələrin qurulması
  • TCP/IP Təyini; XAB, SWITCH və digər qurğuların şəbəkədə istifadəsi
  • Şəbəkədə internet və printerlərin istifadəsi
  • Şəbəkədə istifadə olunan proqramlar
  • Yeni əməliyyat sistemlərinin və proqramların yazılması
  • Windows Vista, Windows 7, Linux və s.
  • Kompüterdə olan bəzi nasazlıqların bərpası ilə bağlı proqramlar

 

BÜTÜN PROQRAM DİSKLƏRİ TƏLƏBƏLƏRİMİZ ÜÇÜN PULSUZ OLARAQ YAZILIR!

 

İNFORMASİYA TEXNOLOGİYALARI ÜZRƏ PROQRAM

(5-ci təsnifat inzibati vəzifələr üzrə)

İnformasiya

İnformasiya anlayışı. İnformasiyanın növləri və təqdimolunma formaları. İnformasiyanın emalı. İnformasiyanın ölçü vahidləri. İnformasiya texnologiyaları və onların növləri. İnformasiya prosesləri. İnformasiya prosesləri.

Fərdi kompyuterlər

Fərdi kompyuterin növləri, quruluşu və iş prinsipi. Fərdi kompyuterin əsas qurğuları və onların təyinatı. Yaddaş qurğuları. Periferiya qurğuları (printer, skaner, proyektor və s.), onların təyinatı.

Fərdi kompyuterlərin proqram təminatı

Sistem və tətbiqi proqram təminatı. Sistem proqram təminatının elementləri: əməliyyat sistemləri, xidməti proqramlar, arxivatorlar, antiviruslar və s. Tətbiqi proqram təminatının elementləri: mətn prosessorları, cədvəl prosessorları, elektron təqdimat proqramları, verilənlər bazasını idarəetmə sistemləri, şəbəkə proqramları və s. Piratçılıq.

Windows XP əməliyyat sistemi – ingilis versiyası

Windows XP əməliyyat sisteminin tərkib hissələri, əsas anlayışları. Sistemin əsas obyektləri. Sistemin qrafik istifadəçi interfeysi. İş masası. İdarəetmə paneli. Sistemin əsas və kontekst menyusu. Qısayol (shortcut). Düymələrin kombinasiyaları. Disklər, qovluqlar və fayllar, onlar üzərində əməliyyatlar. Pəncərə tipləri, onların quruluşu və təyinatı. Ümumi təyinatlı standart proqramlar. Mübadilə buferi. Resurslardan istifadə hüquqları.

Microsoft Office Word XP (2002, 2003) – ingilis versiyası

Sənəd, onun quruluşu. Sənədin yaradılması, saxlanılması, çapı və mühafizəsi. Səhifə, onun quruluşu. Mətnin daxil edilməsi və redaktə edilməsi. Mətn fraqmentləri ilə iş. Mətnin tərtibatı. Mətndə orfoqrafik səhvlərin yoxlanması. Abzaslarla iş. Cədvəl, onun tərtibatı. Düymələrin kombinasiyaları. Obyektlər. Qrafik imkanlar. Menyu. Nişanlanmış (bullet) və nömrələnmiş siyahılar, onların tərtibatı. Səhifələrin nömrələnməsi.

Microsoft Office Excel XP (2002, 2003) – ingilis versiyası

İş kitabı, onun quruluşu. İş kitabının yaradılması, saxlanılması, çapı və mühafizəsi. İş vərəqi, onun quruluşu. İş vərəqləri üzərində icra olunan əməliyyatlar. Düymələrin kombinasiyaları. Obyektlər. Qrafik imkanlar. Diaqramların qurulması. Düsturlar, funksiyalar və onlardan istifadə qaydaları. Verilənlərin tipləri. Xanaların və cədvəlin tərtibatı. Menyu. Süzgəc, çeşidləmə (sorting).

Microsoft Office Power Point XP (2002, 2003) – ingilis versiyası

Təqdimat, onun quruluşu. Təqdimatın yaradılması, saxlanılması, çapı və mühafizəsi. Şablonlar. Slaydlarla iş. Mətnin tərtibatı. Obyektlər. Qrafik imkanlar. Cədvəllərlə iş. Slaydların canlandırılması (animation). Təqdimatların nümayişi. Menyu. Nişanlanmış (bullet) və nömrələnmiş siyahılar, onların tərtibatı.

Microsoft Access XP (2002, 2003) – ingilis versiyası

Verilənlər bazası, onun quruluşu. Verilənlər bazasının yaradılması, mühafizəsi. Cədvəllərin tərtib edilməsi. Sahələr. Verilənlərin tipləri və onlarla işləmə qaydaları. Formaların hazırlanması. Sorğuların hazırlanması. Hesabatların hazırlanması və çapı. Verilənlərin daxil edilməsi, axtarışı, silinməsi, çeşidlənməsi (sorting).

Kompyuter şəbəkələri

Şəbəkə növləri. Əsas şəbəkə qurğuları. İnformasiya təhlükəsizliyi. Şəbəkədə informasiya təhlükəsizliyinin təmin edilməsi üsulları və vasitələri. Lokal şəbəkənin əsas anlayışları. Lokal şəbəkələrin tətbiq sahələri. Lokal şəbəkənin idarə edilməsi. Şəbəkə resurslarından istifadə. Qlobal şəbəkələr.

İnternet

İnternet şəbəkəsinə qoşulma üsulları və vasitələri. WWW xidməti. Əsas anlayışlar: hiper-mətn, hiper-keçid, veb-səhifə, veb-sayt, URL ünvan, domen adı, protokol (HTTP, FTP, SMTP, POP3 və s.). Veb - bələdçi. Elektron poçt. Telekonfrans. Ani məlumat mübadiləsi (Instant Messaging) . İnformasiya axtarışı sistemləri. Sosial şəbəkələr.

İnformasiya cəmiyyəti

İnformasiya cəmiyyəti anlayışı. İnformasiya cəmiyyətinə aid əsas beynəlxalq sənədlər. Azərbaycan Respublikasında informasiya cəmiyyətinin qurulması istiqamətində dövlət siyasəti, bu sahədə həyata keçirilən dövlət proqramları. İnformasiya cəmiyyətinin inkişafının qiymətləndirilməsi üsulları, indikatorlar. İnformasiya fəzaları. İnformasiya resursları. İnformasiya inqilabları. İnformasiya mədəniyyəti.

Elektron dövlət

Elektron dövlət anlayışı. Elektron dövlətin elementləri. Elektron dövlətin qurulması istiqamətində beynəlxalq təcrübə. Azərbaycan Respublikasında elektron dövlətin qurulması istiqamətində həyata keçirilən dövlət siyasəti. Elektron Azərbaycan. Elektron imza və elektron sənəd.

 

ƏDƏBİYYAT

 

  1. Sadıqov İ.C., Mahmudzadə R.Ə., İsayeva N.R. İnformatika – ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün dərslik. – Bakı, “Bakınəşr”, 2008, 128 səh.
  2. Sadıqov İ.C., Mahmudzadə R.Ə., İsayeva N.R. İnformatika – ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün dərslik. – Bakı, “Bakınəşr”, 2008, 128 səh.
  3. Sadıqov İ.C., Mahmudzadə R.Ə., İsayeva N.R. İnformatika – 10-cu sinif. Ümumtəhsil məktəbləri üçün dərslik. – Bakı, “Bakınəşr”, 2009, 128 səh.
  4. Uşaqlar üçün ensiklopediya. İnformatika, Bakı, “Şərq-Qərb”, 2008, 616 səh.
  5. Əliyev A.Y. İnformatika və proqramlaşdırma. – Bakı, “Mütərcim”, 2008, 404s.
  6. Əliyev Ə.Ə., Əliyev A.Y., Kazımov C.K. Informatikanın əsasları. – Bakı, Mütərcim, 2008, 298 s.
  7. Seyidzadə E.V., Əlizadə M.N. Microsoft Windows XP.  – Bakı, “MSV Nəşr”, 2007, 236 s.
  8. Əlizadə M.N., Seyidzadə E.V. Microsoft Word XP. – Bakı, “MSV Nəşr”, 2006, 364 s.
  9. M.N.Əlizadə, E.V.Seyidzadə. Microsoft Excel XP. – Bakı, “MSV Nəşr”, 2006, 360 s.
  10. Əlizadə M.N., Seyidzadə E.V. Salmanova S.Ə. Microsoft PowerPoint XP. – Bakı, “MSV Nəşr”, 2005, 164 s.
  11. Abbasov Ə.M., Quliyev R.A., Kərimov Ə.K., Azadova M.H. MS Access,  – Bakı, 2005, 304 s.
  12. Abasov B.A. Microsoft Access. Verilənlər Bazasının İdarəetmə Sistemi. – Bakı, “ADPU mətbəəsi”, 2009, 237 s.
  13. İbrahim-zadəT., Sərdarov Y. Kompyuter şəbəkələrinin əsasları və proqram təminatı. – Bakı, 2008.
  14. Calallı İ.C. Kompyuter. Bunu öyrənməyə nə var ki!.. – Bakı, “NURLAR” NPM, 2008, 384 s.
  15. Gündüz O., Əfəndiyev Q., Rüstəmov N. Kompyuter. İnformasiya texnologiyalarının əsasları. – Bakı, 2006, 304 s.
  16. Gündüz O., Jurnalistlər üçün informasiya texnologiyaları. – Bakı, 2009, 104 s.
  17. Əliquliyev R.M., İmamverdiyev Y.N. Rəqəm imzası texnologiyası. – Bakı, “Elm”, 2003. 132 s.
  18. A.Babayev, E.Seyidzadə Fərdi kompyuterlərin element vasitələri və periferiya qurguları, Bakı, Qafqaz Universiteti nəşrləri, 2008
  19. S.Q.Kərimov, S.B.Həbibullayev, T.İ.İbrahimzadə İnformatika /Ali məktəb tələbələri üçün dərslik, Bakı, 2010
  20. Əliquliyev R.M., Valehov C.F., Mahmudov R.Ş. İnternet-jurnalistikanın formalaşmasının bəzi aspektləri – Bakı, 2008, “İnformasiya texnologiyaları”, 32 s.
  21. Əliquliyev R.M., Mahmudova R.Ş. İnformasiya mədəniyyəti: mahiyyəti, formalaşdırılması problemləri və həlli yolları.  – Bakı, 2008, Bakı Universitetinin Xəbərləri. Sosial-siyasi elmlər seriyası. № 1. s.137-145.
  22. Уэбстер Ф. Теории информационного общества. М.: Аспект Пресс, 2004.-400с.
  23. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi. İnformasiya cəmiyyətinin 100 əsas anlayışı. – Bakı, 2008.
  24. Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)
  25. Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə milli strategiya (2003-2012-ci illər)
  26. Окинавская Хартия глобального информационного общества
  27. İnformasiya cəmiyyəti məsələləri üzrə dünya sammitində (Cenevrə 2003 – Tunis 2005) Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı
  28. Всемирная встреча на высшем уровне по вопросам информационного общества (Женева, 2003 г. – Тунис, 2005 г.), Декларация принципов
  29. Всемирная встреча на высшем уровне по вопросам информационного общества (Женева, 2003 г. – Тунис, 2005 г.), План действий
  30. Тунисское обязательство, принятое на Всемирной встрече на высшем уровне по вопросам информационного общества (Тунисский этап) 18 ноября 2005 года
  31. Всемирная встреча на высшем уровне по вопросам информационного общества (Женева, 2003 г. – Тунис, 2005 г.), Тунисская программа для информационного общества
  32. Всемирная встреча на высшем уровне по вопросам информационного общества (Женева, 2003 г. – Тунис, 2005 г.), Индекс доступа к цифровым технологиям
  33. www.un.org