"CFA Level I" imtahanına hazırlıq kursu

CFA (Chartered Financial Analyst )

STIMUL Education & Consulting İyun 2016-cı il sessiyası üçün "CFA Level I" imtahanına hazırlıq kurslarına tələbə qəbulu elan edir.

"CFA Level I" imtahanına hazırlıq həftədə 6 saat yarım olmaqla, CFA dərəcəli (CFA Charter Holder) və CFA-in bütün imtahanlarını vermiş təlimçilər tərəfindən tədris olunur.  

Təlimçilərimiz:

  • Big 4 audit şirkətlərində təcrübəsi olan mütəxəssislər
  • CFA ixtisasını qazanan və qazanma prosesini keçən
  • Ən yüksək maliyyə ixtisaslı məzunlar

 

Kursun müddəti: 6 ay

Kursun ödənişi: 1600AZN (hissəli ödəniş mümkündür)

CFA imtahanın birinci mərhələsinə hazırlıq kursumuz hər həftənin Çərşənbə günləri saat 19:00-dan 21:30-dək, şənbə günləri isə saat 10:00-dan 15:00-dək tədris olunacaq.

Kursun başlama tarixi: 16.12.2015

"CFA (Chartered Financial Analyst ) Level I" imtahanına hazırlıq kursunun tərkibinə 10 bölmə daxildir:

  1. Ethics
  2. Quantitative Methods
  3. Economics
  4. Financial Reporting
  5. Corporate Finance
  6. Portfolio Management
  7. Equity Investments
  8. Derivatives
  9. Fixed Income
  10. Alternative Investments

 

CFA Proqramına qatılmaq və ilk imtahana qeydiyyatdan keçmək üçün namizədlərdən aşağıdakılardan biri tələb olunur:

- Bakalavr və ya ekvivalent dərəcəyə sahib olmaq,
- Qeydiyyat zamanı bakalavrın sonuncu kursunda oxumaq,
- Dörd il peşəkar iş təcrübəsinə sahib olmaq,
- İş və təhsil alınan dövrlərin toplam cəmi ən azı dörd il olmalıdır.

CFA Proqramı haqqında daha ətraflı məlumat almaq üçün http://www.cfainstitute.org/ səhifəsinə daxil ola bilərsiz.

 

Hər bir təlimçimiz "CFA Level I" imtahanına hazırlıq kursunun müxtəlif hissələrini tədris edəcək.

 

Təlimçilərimiz haqqında:

 

Paşa Zülfüqarlı, CFA

Paşa Zülfüqarlı Dürhem Biznes Məktəbində (Böyük Britaniya) maliyyə və investisiya üzrə magistr dərəcəsi almışdır. O, 2015-ci ilin sentyabrından etibarən CFA sertifikatının sahibidir.

Hal hazırda Paşa Zülfüqarlı aparıcı Beynəlxalq maliyyə konsaltinq şirkətlərindən birində korporativ maliyyə departamentinin baş mütəxəssisi vəzifəsində çalışır. O, əvvəllər aparıcı Dövlət idarələrində çalışıb və 5 ildən çoxdur ki, maliyyə təhlili, risk-menecment, idarəetmə, xəzinədarlıq və korporativ maliyyə sahələrində təcrübəyə malikdir.

Paşa Zülfüqarlı - https://www.linkedin.com/in/pashazulfugarli

 

Eltun Mövsümov, bütün CFA imtahanlarını keçmişdir

Eltun Mövsümov əsasən audit-konsaltinq xidmətlərində çalışan maliyyə üzrə baş mütəxəssisdir. O, 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində (Xüsusi istedadlar qrupu, maliyyə) bakalavr dərəcəsini almışdır. Eltun Mövsümov Dyük universiteti tərəfindən keçirilən “İqtisadi inkişaf üçün qiymət və idarəçilik risklərinin tətbiqi layihəsi” və “Dövlət maliyyəsi” haqqında olan bir sıra kurs keçmişdir. Onun maliyyə üzrə analiz sahəsində təcrübəsi var və o, müəssisələrə təkmilləşmə yollarını tapmaq üçün köməklik göstərir.

Hazırda Eltun Mövsümov dünyanın aparıcı Beynəlxalq maliyyə şirkətlərindən birində korporativ maliyyə şöbəsinin baş məsləhətçisidir. O, ilk cəhdində CFA proqramının bütün üç səviyyəsini keçməklə proqramı yekunlaşdırmışdır (iyul 2013-iyul 2015-ci illər).

Eltun Mövsümov:  https://www.linkedin.com/pub/eltun-movsumov/35/241/42a

 

Əsəd Hüseynov, bütün CFA imtahanlarını keçmişdir

Əsəd Hüseynov London iqtisadiyyat və siyasət elmləri məktəbində mühasibat uçotu və maliyyə sahəsi üzrə magistr dərəcəsini, Şərqi İngiltərə Universitetində (Böyük Britaniya) biznes və maliyyə sahəsi üzrə bakalavr dərəcəsini fərqlənmə diplomu ilə almışdır. O, CFA imtahanlarının hər birisini ilk dəfədən müvəffəqiyyətlə keçmişdir.

Hazırda Əsəd Hüseynov aparıcı Beynəlxalq maliyyə xidmətləri üzrə şirkətin korporativ maliyyə şöbəsində baş mütəxəssis vəzifəsində çalışır. O, əvvəllər dünyanın aparıcı neft və qaz şirkətlərindən birində maliyyə analitiki vəzifəsində çalışmışdır.

Əsəd Hüseynov - https://www.linkedin.com/in/asadhuseynov