Kurslar

Dövlət qulluğuna hazırlıq
Abituriyent hazırlığı

Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. 

Dövlət qulluğu haqqında  Azərbaycan Respublikasının Qanunu 2001-ci il sentyabrın 1-dən qüvvəyə minmişdir. Bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Qanuna ən son dəyişiklilər 20 aprel 2012-ci il tarixində edilmişdir.

QANUNVERİCİLİK ÜZRƏ PROQRAM
(6 və 7-ci təsnifat inzibati vəzifələr üzrə)

1. Azərbaycan Respublikasının Konstitusiyası 

2. Dövlət qulluğuna dair qanunvericilik

  • 2.1. Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanunu
  • 2.2 Dövlət orqanlarında  dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları 

3. Dövlət qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikasının Qanunu

4. Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu

5. Məlumat azadlığı haqqında Azərbaycan Respublikasının Qanunu

6. Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Azərbaycan Respublikasının Qanunu

7. Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu

8. Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat

9. Azərbaycan Respublikasının dövlət rəmzlərinə dair qanunvericilik

  • 9.1. Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında Azərbaycan Respublikasının Qanunu
  • 9.2 Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli 516 nömrəli Qanun ilə təsdiq edilmiş “Dövlət gerbi haqqında Əsasnamə”.
  • 9.3. Azərbaycan Respublikasının 1991-ci il 5 fevral tarixli 17—XII nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət bayrağı haqqında Əsasnamə”.
  • 9.4. Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 2 mart tarixli 525 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamə”.

Dövlət qulluğuna hazırlıq üzrə Sizə aşağıdakı kursları təklif edirik:

  • Məntiq
  • İnformatika
  • Qanunlar

 

Dövlət qulluğuna hazırlıq

Kursun Adı Davam Etmə Müddəti Həftəlik Dərs Qiymət/AZN Qrupun Tərkibi
Ay Saat Dərs Fərdi Qrup Sayı
Məntiq 3 36 3 170 70 3-6
İnformatika 2 24 3 140 60 3-6
Qanunvericilik 3 36 3 250 100 3-6
Dünya görüşü 3 24 2 150 75 3-6