Xaricdə Təhsil

Dil Kursları
Xaricdə Təhsil * Dil Kursları - STIMUL Education & Consulting

STIMUL yalnız müasir qlobal iqtisadiyyatda tələb olunan İngilis dili bilikləri deyil, eyni zamanda qlobal lider və navator olmaq üçün tələb olunan güvən və liderliyə dair fərdi dərslər təklif edir.

 

STIMUL-u seçməyin 5 üstün cəhəti:

 

1. Əla Yerləşmə

Londonun tam mərkəz bölgəsində yerləşən Marbel Arch məktəb şəhərciyimiz Hyde Park və Piccadilly sirki daxil olmaqla, demək olar ki bütün əsas obyektlərə yaxın məsafədə yerləşir. Maliyyə və biznes sahəsi hesab olunan City- yə isə avtobusla 5-10 dəqiqə kimi qısa müddətdə çatmaq mümkündür.

 

Biz Londonla yanaşı Böyük Britaniyanın (BB) digər nəhəng şəhərlərində də fəaliyyət göstəririk.

 

Bizim imkanlar:

A. Rahat və geniş sinif otaqları

B. Tələbələr üçün İnternet xidməti olan istirahət otağı

C. Kitabxana və müstəqil təhsil mərkəzi

D. İxtisaslaşma proqramları üçün fərdi dərslər

 

2. Etibarlı Bazanın Yaradılması

Məktəbin təhsil yanaşması ingilis dilinin bütün aspektləri (danışıq, dinləmə, yazı və oxu) üzrə möhkəm bazanın yaradılmasına yönəldilib ki, bu da qrup fəaliyyəti və sinif daxili müzakirələrə əsaslanan təhsillə tamamlanır. Bu sizə yenicə əldə etmiş olduğunuz bilikləri tam inamla istifadə etməyə imkan verir. 

 

3. Çox Münasib Təhsil İmkanları

Heç bir dil məktəbi sizə belə münasib təhsil imkanları təqdim etmək iqtidarında deyil. Sizin həftəlik və saatlıq təhsil kursları seçmək imkanınız var. Bir sinifdən digərinə keçmək mümkündür. Biz ingilis dili vərdişlərinin mənimsənilməsinin bütün səviyyələrini münasib saatlarda - səhər, günorta və axşam dərsləri təklif edirik.

 

4. Keyfiyyətə zəmanət

Bütün heyət fasiləsiz peşəkar inkişafda olan, ən son tədris metodları və kitablarından istifadə edən və müəyyən ixtisaslaşma üzrə birinciliyə malik müəllimlərdən ibarətdir. Bu səbəbdən bizim dərslər aktuallığını saxlayır. Bizim keyfiyyət təminatımıza Britaniya Konsulluğunun sertifikatı, BB İngilis dili və BB Biznes ingilis dili üzvlüyü zəmanət verir.

 

5. İnanılmaz IELTS test nəticələri

London Məktəbimiz Böyük Britaniyada müxtəlif səviyyələrdə IELTS və fakultativ IELTS dərsləri təqdim etməklə xüsusi vərdişlər üzrə öz inamlarını inkişaf etdirmək arzusunda olanlara əvəzolunmaz təkliflər irəli sürən yeganə məktəbdir. Alternativ olaraq, bizim Aspiranturaya hazırlıq proqramlarımız tələbələrə IELTS əvəzinə, öz universitet proqramlarının tələblərinə uyğun daxili qiymətləndirmədən istifadə seçimini təklif edir.

 

Təhsil haqqına daxildir: tam təhsil haqqı, ərizə, sertifikat, tələbə bileti, kitabxanadan istifadə, tələbələr üçün istirahət otağı, internet xidməti və Wi-Fi xidmət vasitələri və bəzi ictimai tədbirlər.

 

Təhsil haqqına daxil deyil: dərs kitabları, imtahanlara görə ödəmə, bütün gün boyu gəzinti və ödənişli ictimai görüşlər.

 

Ümumi İngilis Dili

Bizim Ümumi İngilis dili kurslarımız real həyatda, gündəlik situasiyalarda ingilis dilində effektiv şəkildə öz ünsiyyət bacarıqlarını inkişaf etdirmək arzusunda olanlar üçün nəzərdə tutulub.

Münasib səviyyələr: Pre-Intermediate, Intermediate, Upper Intermediate, & Advanced.

Hər sinif üçün nəzərdə tutulan maksimum tələbə sayı: 16

 

IELTS İmtahanına hazırlıq

IELTS dünyanın əksəriyyət ölkələrində tanınan İngilis dili vərdişlərini mənimsəmə imtahanıdır və BB-də əksəriyyət universitetlər qəbul üçün IELTS imathanı tələb edir.

Münasib səviyyələr: Intermediate, Upper Intermediate & Advanced

Proqrama başlamaq üçün tələbə ən azı Yüksək B1 (CEF) və ya IELTS 4.5 bala malik olmalıdır.

 

Əgər tələbənin dil səviyyəsi göstərilənlərdən aşağıdırsa, bu halda o inkişafdan öncə General English (ümümi İngilis dili) dərsləri almalıdır.

Hər sinif üçün maksimum tələbə sayı: 16

 

Akademik İngilis Dili

Akademik İngilis dili kursları maqistratura və aspirantura səviyyələrində olan tələbələrə tədris məqsədi ilə yaradılıb.

Münasib səviyyələr: Intermediate & Advanced

Proqrama başlamaq üçün tələbə ən azı Yüksək B2 (CEF) və ya IELTS 5.0 bala malik olmalıdır. Əgər tələbənin dil səviyyəsi göstərilənlərdən aşağıdırsa, bu halda o inkişafdan öncə General English dərsləri almalıdır.

Hər sinif üçün maksimum tələbə sayı: 16

 

Biznes İngilis Dili

Bizim Biznes İngilis dili dərslərimiz öz biliklərini Beynəlxalq Biznes sahəsində inkişaf etdirmək arzusunda olan tələbələr üçün nəzərdə tutulub.

Münasib səviyyələr: Intermediate, Upper- Intermediate & Advanced levels

Proqrama başlamaq üçün tələbə ən azı Yüksək B2 (CEF) və ya IELTS 5.0 bala malik olmalıdır. Əgər tələbənin dil səviyyəsi göstərilənlərdən aşağıdırsa, bu halda o inkişafdan öncə General English (ümümi İngilis dili) dərsləri almalıdır.

Hər sinif üçün maksimum tələbə sayı: 16

 

Maliyyə Sahəsində İngilis Dili Üzrə Beynəlxalq Sertifikat (ICFE)

ICFE Kembric Universiteti və mühasiblər, peşəkar maliyyəçilər üçün ACCA tərəfindən inkişaf etdirilmiş yüksək səviyyəli dil ixtisaslaşmasıdır. Bu kurs öz biliklərini maliyyə sahəsində inkişaf etdirmək arzusunda olan, ACCA və ya maliyyə kurslarına başlamaqda olan tələbələr üçün nəzərdə tutulub. London məktəbimiz 2 ICFE kursu təklif edir - əyani (gündüz), qiyabi (axşam). Kursa başlamaq üçün B2 (CEF) tələb olunur.

Hər sinif üçün maksimum tələbə sayı: 16

 

Cambridge  hazırlıq kursları mərkəzləşmişdir:

  • * Aktiv istifadəçi və qrammatikanın dəqiqliyi
  • * Yazma və oxuma bacarıqları
  • * Dinləmə bacarığı
  • * Lüğət təcrübəsinin artırılması
  • * Ünsiyyət bacarığının təkmilləşdirilməsi və dərketmə
  • * Cambridge imtahanından yüksək dərəcə əldə etmək üçün imtahan vərdişləri